18/03/2022
AMEA Riyaziyyat və Mexanika İnstitutunun «Tətbiqi riyaziyyat», «Dalğa dinamikası» və «Deformasiya olunan bərk cisim mexanikası» şöbələrinin birgə iclasında 30 mart 2022-ci il tarixində saat 1200-da institutun akt zalında dosent Mahir Əliqulu oğlu Mehdiyevin «İçi boş silindr və onu əhatə edən elastik mühitdən ibarət olan sistemə təsir edən hərəkətli və titrəyişli yükün dinamikası» mövzusunda 2002.01-«Deformasiya olunan […]
17/03/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı nəşr olunub. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirakı barədə məlumat və Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında ölkə başçısının Sərəncamı yer alıb. Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilən görüş, AMEA-nın Rəyasət Heyəti adından Novruz […]
16/03/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti seminar keçirilib. Seminarda “Dalğa dinamikası” şöbəsinin əməkdaşı f-r.e.d. Rəsulova Nazilə “H.A.Raxmatulinin çevik rabitələrə eninə zərbə nəzəriyyəsinin əsasları” mövzusunda məruzə etdi. Məsələdə bu nəzəriyyənin əsas hərəkət tənliklərinin sonlu yerdəyişmə qeyri-xətti reoloji asılılıq üçün çıxarılışı təqdim edilir və bəzi xüsusi məsələlər həll edilir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]
16/03/2022
Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri r.e.d. Vüqar Elman oğlu İsmayılov «Neyron şəbəkələr üçün Hecht-Nielsen teoremi haqqında» mövzusunda məruzə etdi. Məruzədə neyron şəbəkələr nəzəriyyəsinin ilkin nəticələrindən olan Hecht-Nielsen teoreminə baxılacaq və bu teoremin analoqunun istənilən çoxdəyişənli funksiya üçün doğruluğu göstərilir. © Bütün hüquqlar qorunur. […]
16/03/2022
16 mart 2022-ci il saat 12:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Daşqın Ələkbər oğlu Seyidovun“Müntəzəm cəbrlərin çəkili endomorfizmlərinin spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya […]
15/03/2022
14 mart 2022-ci il tarixində AMEA-nın Rəyasət Heyətində görüş keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən Arif Həşimov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Respublikasının […]