Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

06 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarında professor Aqil Xanməmmədov “Modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyi üçün çevirmə operatorları” mövzusunda məruzə edəcəkdir. Məruzədə bütün həqiqi oxda modifikasiya olunmuş həyəcanlanmış Bessel tənliyinə baxılır. Çevirmə operatorunun köməyi ilə Yost tipli həllərin inteqral göstərilişləri tapılmışdır. Çevirmə operatorunun nüvəsinin […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı və “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” […]

“Sabahın alimləri” XIV respublika müsabiqəsinə qeydiyyat başlayıb

Oktyabrın 31-də “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsinə qeydiyyat başlayıb. Müsabiqə ABŞ-nin “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, […]

ELAN

Riyaziyyat və Mexanika İnstitutu nəzdində ED 1.04 Dissertasiya şurasının 1202.01-Analiz və funksional analiz ixtisasında elmi seminarının iclasında 06 noyabr 2024-cü il tarixli saat 1200-da Sahil Asif oğlu Əliyevin “4-cü tərtib 3-qat xarakteristikalı diferensial operatorlar dəstəsi üçün çevirmə operatorlarının qurulması” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyatüzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. İclasa […]

“Optimal İdarəetmə”şöbəsinin növbəti seminarı keçirildi

31 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutu“Optimal İdarəetmə”şöbəsinin növbəti seminarı keçirildi. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı elmi işçisi, f-r.e.n.,dosent Eldar Məmmədov “İki parametrli spektral məsələnin spektri” mövzusunda məruzə etdi. Məruzədə baxılan məsələnin müəyyən sağ və ya soltəyinolma şərtlərindən biri daxilində strukturu araşdırılır və bu araşdırmalardan istifadə edərək […]

“İki parametrli spektral məsələnin spektri” mövzusunda seminar keçirilib

Bugün “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin aparıcı  elmi işçisi, f-r.e.n., dosent Eldar Məmmədov “İki parametrli spektral məsələnin spektri” mövzusunda məruzə edib. Məruzədə baxılan məsələnin müəyyən sağ və ya sol təyinolma şərtlərindən biri daxilində strukturu araşdırıldı  və bu araşdırmalardan istifadə edərək baxılan spektral məsələ üçün düzxətli variasiya prinsipi müəyyən edilməsi şərh […]