26/01/2022
26 yanvar 2022-ci il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika üzrə elmlər doktoru, professor Ramin Rza oğlu Rzayev “Neyron şəbəkəli və qeyri-səlis modelləşdirmə üsullarının tətbiqi əsasında təhsil xidmətlərin rəqabətliyinin qiymətləndirilməsi və universitetlərin ranqlaşdırılması metodikası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə təhsil xidmətlərinin marketinq fəzasının və əmək bazarında universitetin rəqabət […]
24/01/2022
Bu gün – yanvar ayının 24-ü hər il dünyada Beynəlxalq Təhsil Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 26-cı maddəsi ilə təsbit olunmuş təhsil hüququnun daha geniş təbliği məqsədi daşıyır. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin dekabr ayında sülh və inkişafın təminində təhsilin vacibliyini qeyd etmək […]
24/01/2022
2 oktyabr 2021-ci il tarixində jurnalımızın Redaksiya Şurasının üzvü, görkəmli alim, Azərbaycanın Əməkdar Elm Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Məhəmməd Fərman oğlu Mehdiyevin 80 yaşı tamam oldu. Məhəmməd Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzəkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Vaqazina Azərbaycan (indiki […]
24/01/2022
Yer kürəsinin 2 milyard sakini Himalay dağlarının buzlaqlarından asılıdır və yaxın gələcəkdə həmin insanlar içməli sudan məhrum ola bilərlər. Əsas səbəb isə Himalay buzlaqlarının sürətlə əriməsidir. Himalay dağlarının buzlaqları 700 il bundan əvvəlki vəziyyətdən fərqli olaraq son 40 il ərzində 10 dəfə daha sürətlə əriyirlər. Tədqiqatçılar əmindirlər ki, bunun əsas səbəbi iqlim dəyişiklikləridir. Himalay dağları 2500 km sahəni əhatə edirlər və […]
21/01/2022
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” (“Nauka”) qəzetinin cari ildə 2-ci sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində “20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir” sərlövhəli məqalə yer alıb. Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin iclası, AMEA ilə Pakistanın Lahor Dövlət Kollec Universiteti arasında imzalanan anlaşma memorandumu, AMEA-nın elmi müəssisə və təşkilatlarında 20 […]
21/01/2022
21.01.2022 tarixində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Riyazi analiz”, “Diferensial tənliklər”, “Maye, qaz və plazma mexanikası”, “Deformasiya olunan bərk cism mexanikası” ixtisasları üzrə magistr pilləsində təhsil alan I kurs tələbələri üçün “Harmonik analizin müasir problemleri”, “Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi” və “Örtüklər nəzəriyyəsi” fənnlərindən, II kurs tələbələri üçün isə “Funksiyaların Banax fəzaları”, […]