28/10/2024
Oktyabrın 23-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə bibliometrik və elmmetrik tədqiqatlar üzrə dünyanın ən nüfuzlu şirkətlərindən biri hesab edilən “Clarivate” şirkətindən Valentin Bogorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı “Web of Science” elmmetrik bazasında yerli elmi jurnalların indekslənməsi və onların beynəlxalq nüfuzunun yüksəldilməsi, eləcə də yeni elmi jurnalların yaradılmasının […]
28/10/2024
30 oktyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda Məmmədov Eminağa “Simmetrik Banax-Sobolev fəzalarında yüksək tərtibli elliptic operatorlar üçün Şauder tipli qiymətlənmələr” mövzusunda məruzə edəcək.Məruzə n ölçülü fəzalarının Rn məhdud Ω oblastında təyin edilmiş simmetrik (rearrangement-invariant) fəzaların törətdiyi WmX(Ω) Banax-Sobolev fəzalarının müəyyən […]
27/10/2024
24 oktyabr 2024-cü il tarixində AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunda (İSİ) AMEA-nın həqiqi üzvü, riyaziyyat elmləri doktoru, professor, Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Cəlal Allahverdiyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Sessiya AR Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), İdarəetmə Sistemləri İnstitutu […]
25/10/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında ilk sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Kazanda XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edib” başlıqlı icmal təqdim edilib. Bugünkü sayda ilk səhifələrdə “AMEA-nın 2025-2030-cu illər üzrə inkişaf konsepsiyası və yol xəritəsi hazırlanacaq” başlıqlı Rəyasət Heyətinin iclasına dair yazı, “Yaşıl dünya […]
24/10/2024
“Diferensial tənliklər” şöbəsinin professoru, görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru Nadir Süleymanov bu gün axşam saatlarında vəfat etmişdir. Allah rəhmət eləsin! Nadir müəllim Azərbaycan riyaziyyatçıları arasında böyük nüfuz sahibi idi. Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı verilmişdir. Fizika–riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim Nadir […]
24/10/2024
Oktyabrın 24-də Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib. Bakı Ekspo Mərkəzində təşkil edilən festivalın açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. Mərasimdə […]