30/09/2021
30 sentyabr 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani, eyni zamanda distant şəkildə) keçirildi. İclasda : AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Səadət Bayram qızı Heydərovanın “Hilbert fəzasında üç tərtibli operator əmsallı tənliklər üçün sonlu oblastda bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01-Analiz və […]
30/09/2021
AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz”, “Riyazi fizika tənlikləri” və “Diferensial tənliklər” şöbələrinin birgə iclasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə dissertantı Samirə Oqtay qızı Rüstəmovanın “Yarımxətti hiperbolik tənliklərdən ibarət sistem üçün bircins və qeyri-bircins sərhəd şərtli qarışıq məsələnin qlobal həllərinin varlığı və yoxluğu” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə […]
29/09/2021
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2021-ci il tarixli 259 №-li Qərarına əsasən 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda magistratura pilləsi üzrə təhsil alan I və II kurs magistrantların 2021/2022-ci tədris ilinin payız semestri üzrə əyani formada ilk dərsləri keçirilmişdir. Hal-hazırda İnstitutun magistraturasında “Riyazi analiz ” , “ […]
29/09/2021
29 sentyabr 2021-ci il AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçirilən Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsini baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatoru üçün ikiçəkili bərabəsizliklər” mövzusunda məruzə edib. Məruzədə Hausdorf operatorunun xüsusi halı üçün çəkili Lebeq fəzasında ikiçəkili bərabərsizliklər haqqında danışılır. Baxılan çəki funksiyalarının monoton olan halına baxılır. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]
28/09/2021
28 sentyabr 2021-ci il saat 1200-da AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində ED 1.04 Dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. Sevinc Bakir qızı Quliyevanın “Ox üzrə və izləmə qüvvələrinin təsiri altında olan milin eninə rəqslərinə uyğun diferensial tənliyin məxsusi funksiyalarının xassələri” […]
28/09/2021
28 sentyabr 2021-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində BFD 3.04 birdəfəlik dissertasiya şurasının iclasında Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatlarda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinə rəsmi opponentlərin təyin edilməsi müzakirə edildi. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən […]