Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru Vüqar İsmayılovu 50 yaşı münasibəti ilə təbrik edirik!

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, respublikamızda və onun hüdudlarından kənarda riyaziyyat elminin inkişafına qiymətli töhfələr vermiş Vüqar İsmayılovun anadan olmasının 50 ili  tamam olur. Vüqar Elman oğlu İsmayılov 26 sentyabr 1971-ci ildə Azərbaycan Respublikasının Salyan şəhərində anadan olmuşdur. 1988-1993 cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1995-1998-ci illərdə […]

AMEA alimin məqaləsi yüksək impact faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, professor Tahir Hacıyevin həmmüəllifi olduğu məqalə çap olunub. Məqalə “Journal of Mathematical Inequalities” (http://jmi.ele-math.com/) 1.225yüksək impakt faktorlu  Q2 kateqriyalı jurnalda dərc edilib. “Ümumiləşdirilmiş Morrey fəzalarında qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti eliptik tənliklər”adlı məqalədə qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti elliptik tənliklərin ümumiləşmiş Sobolev-Morri fəzalarında həlləri […]

ELAN

29 sentyabr 2021-ci il tarixində saat 11-00-da AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda keçiriləcək Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, r.e.d., Rövşən Əlifağa oğlu Bəndəliyev “Hausdorf operatoru üçün ikiçəkili bərabəsizliklər” mövzusunda məruzə ilə çıxış edəcək. Məruzədə Hausdorf operatorunun xüsusi halı üçün çəkili Lebeq fəzasında ikiçəkili bərabərsizliklər haqqında danışılacaqdır. Baxılan çəki funksiyalarının monoton olan halına baxılacaqdır. […]

E L A N

AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 30 sentyabr 2021-ci il tarixli iclasında saat 1400-da Səadət Bayram qızı Heydərovanın “Hilbert fəzasında üçtərtibli operator əmsallı tənliklər üçün sonlu oblastda bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda 1202.01- Analiz və funksional […]

27 sentyabr Anım Günü Vətən müharibəsi şəhidlərinin ailələri AMEA Riyaziyyat və Mexanika İnstitutun rəhbərliyi tərəfindən ziyarət olunub

2020-ci il dekabrın 2-də İlham Əliyev Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 32-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağda aparılan quruculuq işlərinə dair xülasə yer alıb. Nəşrin növbəti səhifələrində yeni çap olunan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı, “Müstəqilliyinin 30 ilində Azərbaycan-Türkiyə əlaqələri və beynəlxalq münasibətlər” mövzusunda […]

Faydalı linklər