Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi Babayev Arzu Məlik-Baxış oğlu vəfat edib

AMEA – nın Riyaziyyat və Mexanika İnstitutunun rəhbərliyi və kollektivi iş yoldaşları Babayev Arzu Məlik – Baxış oğlunun vaxtsız vəfatı ilə əlaqədar mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan səbr diləyir. ALLAH RƏHMƏT ELƏSİN! © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Dünyanın bir çox dillərinə tərcümə olunan “Molekulyar hüceyrə biologiyası” bestselleri Azərbaycan dilində nəşr olunacaq

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında “Molecular Cell Biology” (“Molekulyar hüceyrə biologiyası”) kitabının Azərbaycan dilində nəşr olunması barədə müzakirələr aparılıb. Bu barədə çıxış edən Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov məlumat verib ki, “Molekulyar hüceyrə biologiyası” Massaçusets Texnologiya İnstitutunun, Harvard, Kornel və Kaliforniya universitetlərinin tanınmış alimləri tərəfindən […]

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı […]

Humanizmin, xeyirxahlığın və nəcib əməllərin ucalığında…

Mehriban xanım Əliyevanın dövlət, xalq naminə gördüyü işlərin miqyasını gözlərimiz önündə canlandıranda, bu Azərbaycan qadınının hansı zəka, məharət və enerji sahibi olduğunu aydın görə bilirik.  Onun Vətən naminə atdığı ciddi addımlar, həyata keçirdiyi müxtəlif təyinatlı ictimai-mədəni tədbirlər xalqımızın yüksəlişinə, müstəqil dövlətimizin möhkəmlənməsinə, Azərbaycanın dünya birliyində layiqli yer tutmasına xidmət etməkdədir. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti […]

Riyaziyyat və Mexanika İnstitutunun magistrantı yüksək göstərici ilə məzun olub

2020-2021-ci tədris ilində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun magistraturasını müvəffəqiyyətlə bitirən Xalidə Əliyeva yüksək göstərici – 94 balla məzun olub. Xalidə Əliyeva magistraturanı riyaziyyat ixtisası üzrə bitirib. O, AMEA-nın magistraturasına ən yüksək göstərici -134 bal ilə qəbul olmuşdu. Xatırladaq ki, 2020-2021-ci tədris ilində AMEA-nın magistraturasını 74 məzun fərqlənmə diplomu ilə bitirib. © Mənbə: www.science.az

Koronavirusa görə insan sürətlə qocala bilər

Koronavirus insan orqanizminə düşdükdən sonra erkən qocalma prosesini tətikləyə bilər. “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiyada tanınmış nevroloq Erkin Şamsiyev xəbərdarlıq edib. Onun sözlrinə görə koronavirus infeksiyası  insan orqanizminə düşdükdən sonra təkcə ağciyərlərin trombozunu deyil, həmçinin digər arzuolunmaz prosesləri, o cümlədən erkən yaşlanmanı işə sala bilər. Bunun səbəbi xəstəliyə görə stres fonunda əsəbi yorğunluqdur. […]

Faydalı linklər