Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşünə dair məlumat yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ankara şəhərinə səfəri, Biologiya, aqrar və tibb elmləri, o […]

Azərbaycanda son sutkada koronavirusa 386 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından dörd nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 nəfər vəfat […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, AMEA və Fransanın Monpelye Universitetinin Birgə Seçki Komissiyasının onlayn görüşü, “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda konfrans, Biologiya […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Qurban bayramı münasibəti ilə tədbir keçirilib

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışan əməkdaşların, sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun şöbələri yarımillik hesabat verib

16 iyul 2021-ci il AMEA-nın  Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclası institutun  baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü professor Misir Mərdanov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.  Professor Misir Mərdanov  institutun şöbələrin 2021-ci ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə […]

ELAN

Elmi Şura üzvlərinin nəzərinə! 16 iyul 2021-ci il tarixində saat 11:00 da ZOOM-la Elmi Şuranın iclası keçiriləcək. İclasda 2021-ci ilin birinci yarımiliyi üzrə elmi və elmi-təşkilatı fəaaliyyəti haqqında  hesabat  dinləniləcək. İclasa qoşulmaq üçün https://us04web.zoom.us/j/8728292176?pwd=bHRVZDhWUThWSFVOQUhlQ2VydlRZZz09 Meeting ID: 872 829 2176 Parol: 7z1Vmc © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər