Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

23 iyun 2021-ci il saat 11.00-da Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, r.e.d., Vüqar Elman oğlu İsmayılov “Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda məruzə ilə çıxış edəcəkdir. Məruzədə kompakt Hausdorff fəzasında təyin olunmuş kəsilməz funksiyanın iki cəbr cəminin elementləri ilə yaxınlaşma məsələsinə baxılacaq və bu məsələdə yaxınlaşma xətasının hesablanması üçün Diliberto-Straus alqoritmi haqqında söhbət açılacaqdır. Müəyyən […]

Elmi ictimaiyyətin nəzərinə: Əsl elmdən danışaq

Birinci yazımızda  “Web of Science” (Clarivate Analytics) jurnallarındakı çap olunan məqalələrdən bəhs etmişdik. Bu günki yazımızda isə “Web of Science” elmi verilər bazasındakı istinadlar (citations), təsir əmsalı (impact factor), H-indeks və Publons rəyləri haqqında vacib məlumatları verəcəyik, həm də bunlardan sui-istifadə etməyə çalışan “psevdo-alimlərlə” əlaqəli neqativ hallara toxunacağıq. İstinadlar. Müasir elmdə məqalələrə istinadlar almaq məqalə […]

Rusiya Federasiyasında nəşr olunmuş kitab haqqında…

Bu günlərdə Rusiya Federasiyasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitututnun Elmi-texniki informasiya şöbəsinin müdiri prof. R.M. Aslanovun “Kazan Universiteti və Azərbaycanda həndəsənin inkişafı” (Казанский университет и развитие геометрии в Азербайджане. Очерки истории. – Калуга: ИП Стрельцов И.А. (Изд-во «Эйдос»).– 2021. – 192 с. ISBN 978-5-907460-02-7) – adlı kitabı çap olunmuşdur. Həmmüəllif  Bakı Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

İyunun 18-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının rəhbəri və aidiyyəti şəxslər iştirak ediblər. Yığıncağı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq Akademiyada son dövrlərdə aparılan struktur islahatlarının əhəmiyyətindən danışıb. O qeyd edib ki, AMEA-nın 27 may 2021-ci […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsinə dair məlumat yer alıb. Nəşrin növbəti səhifələrində Prezident İlham Əliyevin akademik Çingiz Qacarın vəfatı ilə əlaqədar imzaladığı nekroloq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin 15 İyun – Milli Qurtuluş […]

Elmi seminarın növbəti iclası keçirildi

18 iyun 2021-ci il saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası (qismən əyani eyni zamanda distant şəkildə) keçirildi. İclasda Natəvan Əmrah qızı Mustafayevanın “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sonsuzluqdan qlobal bifurkasiyası” “Bəzi qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sonsuzluqdan qlobal bifurkasiyası”  mövzusunda 1202.01-Analiz […]

Faydalı linklər