Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları gəzintidə

Oktyabrın 12-də 2024-cü il tarixində Elm və Təhsil nazirliyi Riyaziyyat və Mexanika institutunun 32 nəfər əməkdaşı Quba və Qusar rayonlarında səfərdə olub. Səfər əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə institutun  Həmkarlar Təşkilatı tərəfindən həyata keçirilib. Gəzintidə iştirak edənlər “Dəyirman” və “Ranço” istirahət mərkəzlərində nahar və şam yeməklərini yeyiblər. Gəzinti maraqlı anlar ilə yadda qalıb. © […]

ELAN

16 oktyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda f.r.-e.d. professor Heybətqulu Mustafayev “BANAX FƏZALARINDA TƏSİR EDEN OPERATORLARIN SPEKTRAL NƏZƏRİYYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ” mövzusunda məruzə edəcək. Məruzədə, Banax fəzalarında təsir edənizometriyaların və Hermit operatorlarınin bəzispektral xassələrindən bəhs ediləcəktir. Bununla yanaşı, spektrin inikası haqqındakı […]

ELAN

16 oktyabr 2024-cü il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda f.r.-e.d. professor Heybətqulu Mustafayev “BANAX FƏZALARINDA TƏSİR EDEN OPERATORLARIN SPEKTRAL NƏZƏRİYYƏSİNİN BƏZİ MƏSƏLƏLƏRİ” mövzusunda məruzə edəcək. Məruzədə, Banax fəzalarında təsir edən izometriyaların və Hermit operatorlarınin bəz ispektral xassələrindən bəhs ediləcəkdir. Bununla yanaşı, spektrin […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində Prezident İlham Əliyevin Pre-COP29 tədbirinin iştirakçılarına müraciəti təqdim edilib. Bugünkü sayda, ilk səhifələrdə “Azərbaycan-Çin elmi əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur” rubrikalı yazılar dərc edilib. Qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Aşıq Ələsgərin sənətinə və Vətəninə qayıdışının parolu” adlı məqaləsi, eləcə də Ankarada Məhəmməd […]

Cənubi koreyalı yazıçı ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

2024-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb. Nobel Komitəsi oktyabrın 10-da Cənubi Koreyadan olan Han Kanqın ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. Onun ən məşhur əsərləri 2016-cı ildə Beynəlxalq Buker Mükafatını qazandığı “Vegetarian”, həmçinin “İnsan aktları” və “Ağ kitabdır”. 2018-ci ildə onun “Əlvida” novellası Kim Yuçjun mükafatını, 2023-cü […]

Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII) RespublikaElmi Konfransı keçiriləcək

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Sumqayıt Dövlət Universitetinin təşkilatçılığı ilə 10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində Yaşıl dünya naminə həmrəylik ilinə həsr edilmiş “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika Elmi Konransı keçiriləcək. Konfransın keçirilməsində əsas məqsədi doktorantura səviyyəsində təhsilalanların və gənc tədqiqatçıların […]