Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki 1202.01-Analiz və funksional analiz ixtisasında elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın 26 may 2021-ci il tarixli iclasında saat 10:00-da Gülər Vidadi qızı Məhərrəmovanın   “Sərhəd şərtinə spektral parametr daxil olan bir sinif kəsilən diferensial operatorun spektral xassələri” mövzusunda 1202.01-Analiz və funksional analiz  ixtisasında  […]

Azərbaycanda mayın 31-dən açıq havada maska taxılması ləğv olunur

Azərbaycanda mayın 31-dən açıq havada maskanın taxılması tələbi ləğv olunur. “Report” xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, eyni zamanda, metro da açılır. pia.az

Alimlər 1 saat ərzində plastik materialları reaktiv yanacağa çevirmək üsulunu yaradıblar

Vaşinqton Dövlət Universitetinin  tədqiqatçıları plastik materialların  reaktiv  yanacaq  tərkibinə və digər dəyərli  məhsullara  çevrilməsi  üzrə innovasiyalı üsul yaradıblar. Yaradılmış yeni üsul plastik materialın təkrar istifadəsini sadələşdirir və iqtisadi cəhətdən daha sərfəli edir.  Beləliklə alimlər orta temperaturların təsiri ilə 1 saat ərzində plastik materialın 90%-ni reaktiv yanacağa və digər dəyərli karbohidrogen məhsullara çevirə biliblər. Müəyyən məhsulların yaradılması üçün […]

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, dosent Mehriban Məmmədovanın 55 yaşı münasibətilə təbrik edirik!

Mehriban Əli qızı Məmmədova 23 may 1966-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1983-cü ildə Bakı şəhərində A.Şaiq adına 54 saylı məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur. Mehriban Məmmədova 1988-ci ildə Azərbaycan Dövlət Universitenin mexanika – riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. […]

Ermənistan revanşizmdən, terrorizm üsullarından əl çəkməlidir

Beynəlxalq səviyyədə getdikcə böyük nüfuz qazanan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə bir çox mühüm məsələlərə toxunulub. Prezident İlham Əliyevin həmin müzakirələrdə diqqətə yönəltdiyi bir neçə məqam barədə fikirlərimi bölüşmək istərdim. Əvvəlcə onu deyim ki, dövlətimizin başçısı müzakirələrdə Azərbaycanın uzun illər ərzində öz ərazi bütöv­lüyünün […]

AMEA – Riyaziyyat Mexanika Institutunun keçmiş professoru Prof. İlham Əliyev haqqın rəhmətinə qovuşmuşdur

AMEA – Riyaziyyat Mexanika Institutu nun və ADPU-nun keçmiş professoru və Xəzər universitetinin professoru, dəyərli müəllim Prof. Dr. İlham Əliyev haqqın rəhmətinə qovuşmuşdur. Mərhumun doğmalarına, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, Uca Tanrıdan səbr diləyirik. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər