Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Şuşada Faşizm üzərində Qələbə Günü qeyd olunub

Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibətilə Şuşa şəhərində təntənəli  tədbir keçirilib. İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Tədbirdə faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərindən, Azərbaycanın milli atıcı diviziyalarının tarixi və şanlı döyüş yolu barədə ətraflı məlumat […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağı qarşıda duran prioritet məsələləri müzakirə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının onlayn iclasında müzakirə olunması planlaşdırılan prioritet istiqamətlər haqqında danışılıb. Bu barədə çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in rəhbəri, akademik Rasim Əliquliyev vurğulayıb ki, son za­man­lar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi və təşəbbüsü ilə ölkəmizdə aparılan kompleks islahatlar, işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinin, […]

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş “Applied and Computational Mathematics” və TWMS Journal of Pure and Applied Mathematics” jurnallarının xüsusi buraxılışları işıq üzü görüb

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası məsələləri müzakirə olunub. Tədbirdə çıxış edən akademik Fikrət Əliyev bildirib ki, Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın və […]

Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri müzakirə olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında “Azərbaycanda LİDAR sistemlərinin tətbiqi perspektivləri” mövzusunda elmi məruzə dinlənilib. Məruzəni təqdim edən Azərbaycan Milli Aviasiya Akademiyasının (MAA) baş elmi işçisi, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, professor Kərim Allahverdiyev diqqətə çatdırıb ki, MAA-nın rektoru, akademik Arif Paşayevin rəhbərliyi ilə aparılan bu tədqiqatlar istər elmi-nəzəri və […]

Toyota начала строительство Woven City

В нашем обзоре новинок технологий за зиму 2019-2020 года мы упоминали амбициозный план Woven City (Тканный Город), разработанный гениями из Toyota. Представленный на конференции CES проект выглядел заманчивым, но реальность его воплощения в жизнь у многих вызывала сомнения. В начале марта компания приступила к строительству «умного» города по проекту Woven City. Сама же торжественная церемония […]

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Bu barədə AZƏRTAC-a Heydər Əliyev Fondundan məlumat verilib. Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub. 32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” […]

Faydalı linklər