Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dahi alim Lütfi Zadənin xatirəsinə həsr olunan beynəlxalq konfrans və data müsabiqəsi keçiriləcək

26-28 aprel 2021-ci il tarixlərində süni intellekt və maşın öyrənməsi sahəsində mövcud tendensiyalar və formalaşan tələbi nəzərə alaraq, Elektron Hökumətin İnkişafı Mərkəzi dahi alim Lütfi Zadənin xatirəsinə həsr olunan “Rəqəmsal İdarəetmə üçün Süni İntellekt” üzrə onlayn beynəlxalq konfrans və data müsabiqəsi təşkil edir. Tədbirdə iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz. © Mənbə: www.science.az

ELAN

Bilgəh (16 May— 180 AZN), Abşeron (17 May— 150 AZN), Abşeron 21 May— 150 AZN), Günəşli (24 May— 150 AZN), Günəşli (26 May— 150 AZN), Günəşli (27 May— 150 AZN), Naftalan (7 May— 180 AZN), Naftalan (28 May— 180 AZN) sanatoriyalarına dəqiq nə qədər yollayış istəyirsizsə zəhmət olmasa AMEA Riyaziyyat və Mexanika İnstutunun Həmkarlar Komitəsinin sədrinə İradə Mirzəzadəyə bildirin. Sifariş edənlər həmin yollayışları […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi, həmçinin “Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ölkə başçısının Fərmanı yer alıb. Nəşrin növbəti səhifələrində Akademiyanın […]

Dissertasiya şurasının növbəti iclası keçirildi

23 aprel 2021-ci il tarixində saat 14:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının növbəti iclası (qismən əyani,  eyni zamanda distant şəkildə) keçirildi. İclasda Elnarə Buxsay qızı Axundovanın “Üçüncü tərtib adi diferensial operatorlara uyğun spektral ayrılışların yığılması” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi keçirilmişdir. Dissertasiya işinin elmi rəhbəri fizika-riyaziyyat elmləri doktoru, professor […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib

Aprelin 21-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib. Tədbiri İnstitutun baş direktoru, Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açaraq Riyaziyyat və Mexanika İnstitutunun şöbələrinin elmi və elmi-təşkilatı fəaliyyəti haqqında 2021-ci ilin I rübü üzrə hesabatları diqqətə çatdırıb. Bildirib ki, AMEA Rəyasət Heyətinin 6 aprel 2021-ci il tarixli qərarı […]

Elmi seminarın növbəti iclası keçirildi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncüklik nəzəriyyəsi”, “Tətbiqi riyaziyyat” və “Maye və qaz mexanikası” şöbələrinin birgə iclasıNDA (qismən əyani eyni zamanda distant şəkildə) 21 aprel 2021-ci il tarixində saat 12:00-da Pərviz Tofiq oğlu Müseyiblinin “Heterogen maye hidrodinamikasında sərhəd qatda yaranan effektlərin tədqiqi” mövzusunda 2003.01-maye, qaz və plazma mexanikası ixtisasında mexanika üzrə fəlsəfə doktoru dissertasiya işinin […]

Faydalı linklər