Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Dünyada üç ay sonra koronavirusa ən yüksək yoluxma

Dünyada son sutkada koronavirusa 747 min yeni yoluxma qeydə alınıb. Bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatına istinadən məlumat yayıb. Sözügedən nəticə yanvarın 10-dan bu yana ən yüksək göstərici olub. Ölənlərin sayı sutka ərzində 13.5 min artıb. Ümumi ölüm sayı 2.9 milyona çatıb. www.oxu.az

Britaniyalı alimlər ilk dəfə havadan DNT yığıblar

Londonda  Kraliça Mariya adına Universitetinin alimləri tarixdə ilk dəfə olaraq insan və heyvan DNT-ni havadan ayıra biliblər, bu barədə  Science Focus nəşri yazır. Alimlər havadan götürdükləri nümunələrdən heyvan növlərini təyin etmək üçün ekoloji DNT “e-DNA”dan istifadəetmə ehtimalını araşdırıb. Tədqiqatçılar köstəbək siçanın DNT nümunələrini toplamaq üçün peristaltik bir nasos və təzyiqli filtrlərdən istifadə ediblər. Daha sonra […]

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciəti yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, kimyaçı alimlərin fotoelektrik günəş elementlərinin istehsalına töhfəsi, Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin 50 illik yubileyi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi […]

Azad olunmuş ərazilərdə modul tipli yataqxanaların quraşdırılmasına başlanılıb

İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, sosial-məişət şəraiti və qoşun xidmətinin təşkili ilə bağlı təxirəsalınmaz tədbirlər çərçivəsində modul tipli yataqxanaların quraşdırılması prosesi həyata keçirilir. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi heyətin səhra şəraitində kompakt yerləşdirilməsi üçün nəzərdə tutulan, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilən bu modul tipli yataqxanalarda bütün infrastruktur […]

Meksika mətbuatında Qarabağda aparılan minatəmizləmə və yenidənqurma işləri haqda yazılar dərc olunub

Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla müsahibələr əsasında həmin ölkənin aparıcı mətbu orqanlarından olan “Reforma” və “Excelsior” qəzetlərində işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın apardığı minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub. AZƏRTAC xəbər verir ki, “Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir” və “Yenidənqurma planı həyata keçirilir” başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 134 528 282 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 2 915 012 xəstə ölüb, 108 330 435 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (31 717 404 nəfər), Braziliya (13 286 324 nəfər), Hindistan (13 060 542 nəfər), Fransa (4 939 258 nəfər) və Rusiyadır (4 614 834 […]

Faydalı linklər