Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların sayı iki mini ötdü

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 259 476 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 237 338 nəfər müalicə olunaraq sağalıb, 3 538 […]

Professor Uğur Abdullayevin 55 yaşı münasibətilə təbrik edirik!

Uğur Abdullayev 29 mart 1966-cı ildə Bakı şəhərində yazıçı Gülhüseyn Hüseyn oğlunun ailəsində dünyaya göz açmışdır. Abdullayev Uğur Gülhüseyn oğlu – Hesablama riyaziyyatı və optimal idarəetmə sahələrində mütəxəssis, 29 mart 1966-cı ildə Bakı şəhərində anadan olmuş, 1981-ci ildə indiki Yasamal royunun 20 №-li orta məktəbi qızıl medalla bitirmişdir, 1986-cı ildə ADU-nun “Tətbiqi riyaziyyat” fakültəsini fərqlənmə […]

Koronavirusla bağlı SON STATİSTİKA

Dünyada 127 771 776 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur. Virusdan 2 796 139 xəstə ölüb, 102 966 854 nəfər sağalıb. Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (30 962 803 nəfər), Braziliya (12 534 688 nəfər), Hindistan (12 039 644 nəfər), Fransa (4 545 589 nəfər) və Rusiyadır (4 […]

Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 254 370 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 […]

Stalin neftə görə Xəzəri qurutmaq istəyib – Faciə yaradacaq avantüranın qarşısı necə alınıb?..

Xəzər dənizinə (gölünə) böyüklü-kiçikli 130-a yaxın çay axır. Bu çayların arasında Volqa, Ural, Terek, Kür kimi böyük çaylar da var. Bu statistikanı bilən, hidrologiya mütəxəssisi olmayan şəxs belə Xəzərin qurudulmasının mümkünsüzlüyünü, yaxud da çox müşkül bir məsələ olmasını dərhal anlaya bilər. Amma 70 il tarixi olan SSRİ-yə 30 il rəhbərlik edən, Çörçillin təbirincə desək, “SSRİ-ni xışla qəbul edib, […]

27 mart – Azərbaycanda Elm Günüdür

Dünya Elm Günü YUNESKO-nun qərarı ilə təsis edilib. 2001-ci ildə YUNESKO-nun baş konfransının 31-ci sessiyası 10 noyabr gününü “Sülh və inkişaf naminə dünya elm günü” elan edib. İlk dəfə 2002-ci il noyabrın 10-da keçirilən bayram həmin vaxtdan etibarən hər il bütün dünyada qeyd olunur. Məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmin […]

Faydalı linklər