Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında birgə film çəkəcək

Azərbaycan və Türkiyə Qarabağın işğaldan azad edilməsi haqqında film çəkilişlərində birgə fəaliyyət göstərəcək. Bu barədə Ankaraya rəsmi səfər edən Mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə müsahibəsində deyib. O, film sahəsində Türkiyənin təcrübələrindən faydalanmaq istədiklərini vurğulayıb. “Qəhrəman əsgərlərimizin mübarizəsini filmlə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq. Keyfiyyətli filmlərin çəkilməsinə ehtiyac var. Bu məqsədlə türkiyəli qardaşlarımız və istehsal şirkətləri […]

Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 235 014 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3225 nəfər vəfat edib, […]

“Elm” qəzetinin yeni sayı çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb. Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul etməsinə dair material yer alıb. Nəşrin növbəti səhifələrində AMEA Rəyasət Heyətinin iclası, Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin üzvləri ilə onlayn görüş, Akademiyanın elmi müəssisə və təşkilatlarında Xocalı soyqırımının 29-cu […]

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. […]

E L A N

03 mart 2021-ci il saat 11:00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 dissertasiya şurasının nəzdindəki elmlər və fəlsəfə doktoru dissertasiyalarının müzakirəsi üzrə Elmi seminarın növbəti iclası keçiriləcək. İclasda Çinarə Arif qızı Hacıyevanın “Hipersinqulyar inteqral operatorların approksimasiyaları və onların tətbiqləri” mövzusunda 1202.01-Analiz və funksional analiz ixtisasında riyaziyyat üzrə fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləcək.  İclasa qoşulmaq üçün Подключиться […]

Fransa portalında Zəngilanla bağlı reportaj dərc olunub

Fransanın atlantico.fr onlayn resursunda Zəngilanla bağlı reportaj xarakterli məqalə dərc olunub. Bölgəyə səfər etmiş yazının müəllifi, siyasi elmlər doktoru Sebastyan Bussua bu şəhəri İpək Yolunun gələcək strateji qovşağı adlandırır. Onun sözlərinə görə, Zəngilan Bakıdan çox uzaq məsafədə yerləşir. Şəhərə aparan yol, bəlkə də ölkənin ən uzun diaqonal asfalt yoludur. “Şərqdən cənub-qərbə 350 kilometrdən çox məsafə Azərbaycanın paytaxtını […]

Faydalı linklər