Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq […]

Avropa İttifaqı Azərbaycanda peyvəndləmənin dəstəklənməsi üçün vəsait ayırıb

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Azərbaycanda COVID-19-la bağlı peyvəndləməni dəstəkləmək üçün birlikdə çalışacaq. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST tərəfindən həyata keçirilən layihə, COVID-19-la bağlı peyvəndləmənin bütün mərhələlərini əhatə edəcək və eyni zamanda ölkənin immunizasiya sisteminin gücləndirilməsi üçün önəmli proqram rolunu oynayacaq. ÜST-nin Azərbaycandakı nümayəndəliyindən “Report”a verilən məlumata görə, […]

50 yaşdan yuxarı şəxslər peyvənd edilir

Ölkəmizdə vaksinasiyanın bir sonrakı mərhələsinə start verilir. 17 fevral tarixindən etibarən 50 yaş və yuxarı əhalinin vaksinasiya prosesi başlayır. Qeydiyyat bir öncəki qaydada randevu.its.gov.az saytından baş tutacaq.

Misir Mərdanov peyvənd olundu

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov koronavirus əleyhinə peyvənd olunub. COVID-a qarşı vaksin Abşeron rayon Mərkəzi xəstəxanasında vurulub. M.Mərdanovun peyvənd olunduğu həmin görüntüləri təqdim edirik: © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTU DOKTORANTLARIN VƏ DİSSERTANTLARIN NƏZƏRİNƏ 2021-ci ilin mart ayında DOKTORANTLARIN VƏ DİSSERTANTLARIN ATTESTASIYASI KEÇIRILƏCƏKDIR. Sənədlər mart ayının 15-dək  təhsil şöbəsinə təqdim olunmalıdır. 5 mərtəbə, otaq No 506.   AMEA RMİ Elmi işlər üzrə direktor müavini, professor                                […]

“AMEA-nın Xəbərləri”, “İMM Əsərləri” jurnalları redaksiyasının müdiri Esmira Əliyevanın 65 yaşı və elmi katib, f-r.e.n, dos.Tamilla Həsənovanın ad günü münasibəti ilə təbrik edirik

Əliyeva Esmira Tələt qızı 15 fevral 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə rayonunda anadan olmuşdur. 1972-ci ildə Bakı şəhərində 240 saylı orta məktəbi bitirmişdir. 1972-1976-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutun ingilis dili fakültəsində təhsil almışdır. 1977-ci ildən bugünə kimi Riyaziyyat və Mexanika İnstitutunda fasiləsiz olaraq çalışır. Hörmətli Esmira xanım! Siz yüksək insani keyfiyyətlərinizlə, dərin daxili […]

Faydalı linklər