Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Lütfi Zadənin 100 illiyinə həsr olunmuş videokonfrans təşkil edildi

Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş videokonfrans keçirilib. Bu barədə Diasporla İş Üzrə Dövlət komitəsi məlumat yayıb. Videokonfransda Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Elşad Əliyev, Valeh Hacıyev, Vaqif Seyidbəyov, Azərbaycan, […]

“Elm” qəzetinin yeni nömrəsi nəşr edilib

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni nömrəsi nəşr edilib. Qəzetin ilk səhifəsində ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” və “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncamları yer alıb. Nəşrin növbəti səhifələrində AMEA rəhbərliyinin Lütfi Zadənin Fəxri xiyabanda məzarını ziyarət etməsi, akademiyanın Rəyasət Heyətinin […]

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatı

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq tibb işçilərinin vaksinasiya prosesi uğurla davam edir. Artıq səhiyyə işçilərinin 70%-i vaksinasiyadan keçib. Strategiyaya uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi başlanılacaq. Bu mərhələnin nizamlı təşkil olunması məqsədilə 65 yaşdan yuxarı vətəndaşlarımızın 5 fevral 2021-ci il saat 00:00-dan etibarən randevu.its.gov.az internet […]

AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinin nəzərinə

Hörmətli həmkarlar! Rəhbərlik etdiyiniz elmi müəssisə və ya təşkilatda işləyən, AMEA-nın həqiqi və müxbir üzvləri istisna olmaqla, elmlər doktorları haqqında məlumatları təcili olaraq müvafiq forma (əlavə olunur) əsasında hazırlayaraq 09 fevral 2021-ci il tarixinədək aşağıda qeyd olunan elektron ünvana göndərməyiniz xahiş olunur. e-poçt: [email protected] Hörmətlə, AMEA-nın vitse-prezidenti                  […]

Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə

Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünə həsr olunur  XXI əsrin əsas inkişaf fəlsəfəsi bilikdir. Kim biliyə sahib olacaqsa, o, daha güclü olacaq. Güclü olan isə hər zaman qalibdir. Lütfi Zadə 2021-ci il fevral ayının 4-də dünyanın ən məşhur azərbaycanlılarından biri, ABŞ-ın Kaliforniya Universitetinin fəxri professoru, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, […]

AMEA-nın rəhbərliyi Lütfi Zadənin xatirəsini yad edib

Fevralın 4-də AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev və AMEA Rəyasət Heyətinin üzvləri Fəxri xiyabanda dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru, AMEA-nın fəxri üzvü Lütfi Zadənin xatirəsini ehtiramla yad edib, məzarı üstünə gül dəstələri düzüblər. Qeyd edək ki, 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olan Lütfi Zadə ibtidai […]

Faydalı linklər