Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Vətən savaşında tarixi Zəfər

Heydər Əliyevdən İlham Əliyevə… Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru […]

“Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə növbəti sayı çap olunub

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır” şüarı ilə bu il 25-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına dair material yer alıb. Nəşrin növbəti səhifələrində akademiyanın Rəyasət Heyətində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan […]

Qarabağda aparılacaq elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müəyyənləşdirilib

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər – Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər. Tədbiri akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib. İclasda əvvəlcə […]

AMEA ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında əməkdaşlıq sənədi imzalanıb

Dekabrın 9-da AMEA-nın Rəyasət Heyətində “İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında 2021-2023-cü illər üçün Elmi və Texnoloji Əməkdaşlıq üzrə İcra Proqramı”nı nəzərdə tutan sənədin imzalanma mərasimi keçirilib. Mərasimi AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq İtaliya nümayəndə heyətini akademiyada görməkdən məmnunluğunu dilə gətirib, qonaqların ölkəmizə səfərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa […]

Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak ediblər

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər. “Dəmir yumruq” əməliyyatında – Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, […]

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillər qoyublar. © Mənbə: www.azertag.az

Faydalı linklər