Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi

Kaliforniya Universitetindən olan 80 yaşlı professor fizik Yer kürəsinə yaxın olan ulduzlara bir insan həyatı müddətində səyahət etməyin yolunu kəşf edib. Bu işdə elektrik cərəyanının təsiri ilə vibrasiya edən kiçik kristallar yardımçı olmalıdır. Onun MEGA adlı mühərrik kəşfi enerji qismində nüvə reaktorundan başqa heç bir digər enerji növünü tələb etmir. Nüvə reaktoru isə elektrik enerjisinin […]

Yaponiyanın şirkəti koronovirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb

Yaponiyanın işıq avadanlığı istehsalı sahəsində tanınmış “Ushio Inc.” şirkəti bu yaxınlarda dünyada ilk dəfə insan sağlamlığı üçün təhlükə yaratmadan koronovirusu öldürən ultrabənövşəyi lampanın istehsalına başlayıb. Vdobrushe.by “Kyodo“ agentliyinə istinadla xəbər verir ki, şirkətin Kolumbiya Universiteti ilə birlikdə hazırladığı “Care 222” ultrabənövşəyi lampası həyat üçün təhlükəli virusun insanların daim girib-çıxdığı yaşayış sahələrinin, o cümlədən ictimai nəqliyyat […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən AMEA Rəyasət Heyətinin həftəlik nəşri “Elm” qəzetinin bu il 24-cü nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncamları yer alıb. […]

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub. İnsanlar şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, gəmilərdən səs siqnalları verilib. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi AMEA-nın elmi […]

“Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli 2312 nömrəli Sərəncamı ləğv edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 dekabr 2020-ci il. © Mənbə: www.science.az

Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycana qarşı […]

Faydalı linklər