Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Koronavirusa qarşı 100 faiz effektli vaksin hazırlanıb

ABŞ-ın “Moderna” şirkəti COVID-19 pandemiyasına qarşı hazırladığı vaksinin səmərəlilik göstəricisini açıqlayıb. Şirkətin rəsmi saytındakı məlumatda bildirilib ki, ilkin analizlərə görə, koronavirusa qarşı vaksinin effektivliyi 94,1 faiz, xəstəliyin ağır hallarında isə 100 faiz olub.

İnsana hörmət: COVID-ə görə təmassız lift yaratdılar

Yaponiyanın Hitachi Ltd. və Mitsubishi Electric şirkətləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün təmassız lift modelləri təqdim ediblər.  NHK telekanalının məlumatına görə, yeni Hitachi modelində liftin çağırılması, yaxud da hansısa mərtəbəyə qalxması üçün düymələrə gərək yoxdur. Bunun üçün LİNE ani mesajlaşma tətbiqindən, yaxud liftin kabinəsinin böyründə həkk olunmuş xüsusi QR-şifrənin skanından istifadə etmək olar. İstənilən […]

30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü artıq 32 ildir ki, dünyada qeyd olunur. 1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası 30 noyabr tarixini Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü elan edib. Təşkilatın bu günü elan etməkdə məqsədi hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub. Həmin ilin noyabr ayının […]

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər – XƏBƏRDARLIQ

Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək. Trend-in məlumatına görə, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxma sayının artmasında görə, sərt tədbirlərə, məhdiyyətlərə gedirlər: “Bütün ölkələrin çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla […]

Azərbaycanlı alimin məqaləsi beynəlxalq jurnalda dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılan, 0.417 impakt faktorlu “Operators and Matrices” jurnalında çap olunub. “Simmetrik operatorların genişlənmələri haqqında” adlı məqalədə Hilbert fəzasında təyin oblastı hər yerdə sıx olan və defekt indeksi (1,1) olan qapalı simmetrik operatorun bütün minimal öz-özünə qoşma genişlənmələrinin aşkar təsviri verilmişdir. […]

“Elm” nəşriyyatında “Şuşa Azərbaycanın musiqi qalasıdır” kitabı çapa hazırlanır

Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın azad olunmasını hər birimiz şanlı və tarixi günlər kimi qeyd edirik. Bu əlamətdar hadisə insanlarımızda xoş ovqat, böyük ruh yüksəkliyi və yaradıcılıq şövqü yaradıb. AMEA-nın “Elm” nəşriyyatı da bu şanlı qələbə münasibətilə mədəniyyət beşiyi olan Qarabağ, Şuşa haqqında maraqlı və əhəmiyyətli, olduqca sanballı nəşrlər həyata keçirir. Bu […]

Faydalı linklər