Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA Rəyasət Heyətinin bəyanatı

Məlum olduğu kimi, AMEA Rəyasət Heyətinin 20 noyabr 2020-ci il tarixində keçirilmiş növbəti iclasının yekdilliklə qəbul edilmiş qərarına əsasən ilk növbədə işində yol verdiyi ciddi nöqsanlara, həmçinin cəmiyyətdə tanınan şəxslərin məqalələrini mənimsəyərək öz imzası ilə təqdim etdiyi də nəzərə alınmaqla AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru tutduğu vəzifəsindən azad edilmişdir. Lakin törətdiyi əməllərdən peşman olmaq, […]

Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli Azərbaycan ictimaiyyəti üçün mühüm və dövlət əhəmiyyətli məlumat açıqlayıb. Nəcəf Müseyibli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən torpaqlarımızla birlikdə qədim abidələrimiz də işğaldan azad olunub. Otuz ilə yaxın bir müddətdə […]

Kəlbəcərdəki Xudavəng monastrı Azərbaycan xalqının əcdadlarına mənsub olub

Kəlbəcərdəki Xudavəng monastır kompleksi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub olub. Bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksinin erməniləşdirmə cəhdləri barədə danışarkən deyib. Onun sözlərinə görə, Xudavəng monastır kompleksi Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunəsidir. Tarixçi bildirib ki, mövcud mənbələrə görə, Xudavəng monastırı İsa […]

Qarabağ tezliklə tikinti-quruculuq, abadlıq meydanına çevriləcək

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına getmələri bir neçə məqamdan diqqət çəkdi. Əvvəla, bu, dövlətimizin başçısının Silahlı Qüvvələrimizin düşmən üzərində möhtəşəm Qələbəsindən sonra yağı tapdağından xilas olunan tarixi bölgəmizə ilk səfəri idi. Həmin səfər zamanı Ali Baş […]

“Elm” qəzetində Qarabağ zəfərimizin tarixi önəminə dair bir çox məqalə yer alıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə 2020-ci ildə 22-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri barədə məlumat yer alıb. […]

Ağdam rayonu işğaldan azad olundu

Ağdam rayonu artıq erməni işğalından azad olunub. Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir. Qeyd edək ki, Ağdam 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Sahəsi 1150 kvadrat […]

Faydalı linklər