20/09/2024
Bu gün – 20 sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev sentyabrın 18-də Sərəncam imzalayıb. Xatırladaq ki, Vətən müharibəsindəki Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına […]
20/09/2024
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təqdim edilib. Bugünkü sayda AMEA Rəyasət Heyətinin iclası, AMEA prezidenti akademik İsa Həbibbəylinin Qarabağ Universitetinin kollektivinə təbriki, “Yaşayan füzulişünaslıq abidəsi” adlı məqaləsi, eləcə də Türk dünyasının arxeoloqları ilə görüşü barədə yazılar dərc edilib. […]
20/09/2024
Bugün “Optimal idarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Riyaziyyat və Mexanika İnstitutunun dissertantı Günay Qəfil qızı İsmayılova “Bəzi tərs sərhəd məsələlərin həllinə optimallaşdırma üsullarının tətbiqi” mövzusunda məruzə edib. Məruzədə ikitərtibli hiperbolik və elliptik tənliklər üçün bəzi tərs sərhəd məsələlərinin optimal idarəetmə məsələlərinə gətirilməsi və onların optimal idarəetmə nəzəriyyəsinin üsullarının köməyilə tədqiq olunması şərh olunub. © […]
19/09/2024
Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və […]
19/09/2024
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən ED 1.04 dissertasiya şurasının 20 sentyabr 2024-cü il tarixli iclasında saat 14:00-da Aygün İsvahan qızı Ağamalıyevanın “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda 1214.01-Dinamik sistemlər və […]
19/09/2024
17 sentyabr tarixində Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Memoranduma əsasən tərəflər əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr […]