Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının onlayn iclasında prioritet məsələlər müzakirə olunub

Noyabrın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının növbəti onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, şura üzvləri, elmi müəssisələrin rəhbərləri, elmi katibləri, ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər, eləcə də qadınlar və veteranlar şuralarının sədrləri iştirak ediblər. İclasın gündəliyində […]

Qarabağın hər yerində bayrağımız dalğalanacaqdır!

…Xalqımız qızıl kimi müzəffər tarixi günlərə şahidlik edir! 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizdə əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu döyüş əməliyyatları nəticəsində düşmən tərəfindən qurulmuş istehkam xətti yarılmış, ermənilərin çoxsaylı […]

Alimlərimizin xaricdə çıxışlarına mane olmağa çalışırlar

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu cəbhədə bütün çətinliklərə baxmayaraq qətiyyətlə irəliləməkdə davam edir. Demək olar ki, hər gün ya strateji yüksəkliklər azad edilir, ya da işğal olunmuş kəndlərimiz geri qaytarılır. Bu da Azərbaycan xalqını çox ürəkdən sevindirir, böyük ruh yüksəkliyi yaradır. Bu sözləri açıqlamasında AMEA-nın birinci vitse-prezidenti , akademik İsa Həbibbəyli deyib. […]

Rəyasət Heyətinin iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müzakirə olunub

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər – Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər. […]

“Elm” qəzetinin yeni sayı işıq üzü görüb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin “Qarabağ Azərbaycandır!” şüarı ilə cari ildə 19-cu nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsi yer alıb. Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Fransa Respublikasının prezidenti, cənab Emmanuel Makrona açıq məktubu, həmçinin akademik Ramiz Mehdiyevin […]

AMEA Rəyasət Heyəti adından beynəlxalq elmi təşkilatlara müraciət göndərilib

AMEA Rəyasət Heyəti adından sentyabrın 27-dən indiyədək 40-dan çox ölkənin aşağıda göstərilən 70-dən çox elm və təhsil təşkilatına, həmçinin beynəlxalq elmi cəmiyyət və assosiasiyalarına müraciət göndərilib: 1. AASSA-nın İcraçı direktoru professor Yu Han Kim 2. Albaniya Elmlər Akademiyasının prezidenti professor Skënder Gjinushi 3. Atatürk Universitetinin rektoru professor Ömər Çomakli 4. Avstraliya Elmlər Akademiyasının prezidenti professor […]

Faydalı linklər