Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Vikipedia”da azərbaycanlı qəhrəmanlar və tarixi mövzularda yeni məqalələr yaradılıb

İşğalçı Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı hərbi təxribatların, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixində səhər saat 6 radələrində Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatının başlanması barədə qərar verilib. Dövlətimiz ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğalçılardan və […]

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu erməni hərbi birləşmələrinin Azərbaycan Respublikasına qarşı keçirdiyi hərbi təxribatına qarşı əks-hücum əməliyyatları keçirən Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb

Ölkəmiz üçün çətin və eyni zamanda şanlı bir dövrdə istər Azərbaycan əsgəri və zabitlərinin göstərdikləri fədakarlıq, istərsə də Azərbaycan xalqının nümayiş etdirdiyi möhkəm birlik, həmrəylik və Vətənə sevgi hər bir vətəndaşımızın milli qürur və fəxarət hissi yaşamasını şərtləndirib. Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. […]

“Elm” qəzetinin cari ildə 15-ci nömrəsi çapdan çıxıb

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin cari ildə 15-ci nömrəsi işıq üzü görüb. Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə dair çıxışı yer alıb. Mətbu orqanın növbəti səhifələrində AMEA Rəyasət Heyətinin cəbhə xəttində baş verənlərlə bağlı bəyanatı, AMEA-nın prezidenti, akademik […]

Cəbhədəki uğurlarımız Ali Baş Komandanın qətiyyəti və ordumuzun qüdrətidir

İyulda Tovuz rayonu istiqamətindəki hücumlardan sonra, ermənilər sentyabrın 27-dən etibarən cəbhə xətti boyunca da ardıcıl həmlələr edərək Azərbaycan ərazi bütövlüyünü və əhalisini hədəf aldılar. Lakin görünən mənzərə odur ki, erməni hərbi təxribatı aldığı dəhşətli cavabdan çətin ki, özünə gələ bilsin. Bu fikirləri AMEA Gənc Alimlər Şurasının üzvü, mexanika-riyaziyyat üzrə fəlsəfə doktoru Emin Bağırov deyib. Alim qeyd […]

Türkiyənin mənəvi dəstəyi etibarlı qardaş sözü!

Azərbaycan-Türkiyə münasibətlərinin minilliklərdən gələn böyük tarixi, davamlı və dayanaqlı ənənələri vardır. “Torpağı əkməsən qorumağa, qorumasan əkməyə dəyməz” deyən ulu Dədə Qorqudun vəsiyyətləri Azərbaycan üçün olduğu kimi, qardaş Türkiyə üçün də eyni dərəcədə müqəddəsdir. Dünya şöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyəti və əhəmiyyəti haqqında böyük müdriklik və uzaqgörənliklə dediyi “Tək millət, iki dövlət” […]

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin üzvləri – AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Rəyasət Heyətinin üzvü vəzifəsini icra edənlər – akademiklər Cəmil Əliyev və Gövhər Baxşəliyeva iştirak ediblər. Tədbiri AMEA-nın prezidenti, akademik […]

Faydalı linklər