Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-da 2020-ci il üçün doktoranturaya və dissertanturaya qəbul elan edilir

Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına əsasən 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru və elmlər […]

Doktoranturaya və dissertanturaya hazırlaşanların nəzərinə!

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda […]

“Hidrokortizon”un COVID-19-a qarşı effektivliyi sübut olunub

İltihab əleyhinə steroid vasitə olan “Hidrokortizon” ən ağır koronavirus xəstələrinin ölüm faizini azalda bilər. Regnum.ru saytının məlumatına görə, bu istiqamətdə Böyük Britaniyanın “Imperial College” və “Intensive Care National Audit” Mərkəzinin alimləri tədqiqat aparıblar. Belə ki, bir həftəlik müalicə kursu nəticəsində reanimasiyada olan pasiyentlərin sağalma faizinin yüksək olduğu müəyyənləşib. Qeyd edək ki, “Hidrokortizon” Böyük Britaniyada COVID-19-un müalicəsi […]

“Magistr” jurnalının 7-ci nömrəsi nəşr olunub

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 7-ci nömrəsini dərc edib. Jurnalın bu nömrəsində 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri verilib. Həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim olunub. “Magistr” jurnalının elektron versiyasını (PDF formatında) mərkəzin saytının “Elektron […]

Koronavirus hissəciklərinin müxtəlif səthlərdə fəsillər üzrə qalma müddəti araşdırılıb

Yeni növ koronavirusa (COVID-19) dair aparılan eksperimentlər nəticəsində məlum olub ki, bu virusun hissəcikləri müxtəlif səthlərdə yaz və payız aylarında orta hesabla 17-30 saat, yayda 2-5 saat arasında qala bilir. Tass.ru saytı xəbər verir ki, tədqiqatçılar yeni yoluxma hallarına yol verilməməsi üçün şəxsi gigiyenaya yüksək səviyyədə riayət olunmasını və potensial yoluxma səthlərində müntəzəm dezinfeksiya işləri aparılmasını tövsiyə […]

Magistraturaların boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri Dövlət İmtahan Mərkəzinin (DİM) internet saytında yerləşdirilib. Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Qeyd […]

Faydalı linklər