Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rusiyada hazırlanan daha bir COVID-19 peyvəndi müsbət nəticə verib

Rusiyanın Novosibirsk vilayətindəki Vektor Dövlət Tədqiqat Virusologiya və Biotexnologiya Mərkəzi tərəfindən hazırlanan koronavirus peyvəndi müsbət nəticələr verib.  “TASS” xəbər verir ki, peyvənd kursunu başa vuran hər kəsdə anticisim tapılıb. Qeyd olunur ki, könüllülərdə ciddi narahatlıq, mərkəzi sinir və ürək-damar sistemlərindən yaranan ağırlaşmalar, eləcə də hərarət olmayıb.

COVID-19-un daha yüngül keçməsinə səbəb olan yeni mutasiyası aşkarlanıb

Sinqapurlu mütəxəssislər yeni növ koronavirusun (COVID-19) daha yüngül infeksiyaya səbəb olan mutasiyasını aşkar ediblər. Sinqapur mütəxəssislərinin “Lancet” jurnalında dərc olunmuş araşdırması COVID-19-un yeni mutasiyasına yoluxmuş xəstələrdə qanda oksigenin azalması və ya reanimasiyaya ehtiyac kimi klinik nəticələrin nisbətinin aşağı olduğunu göstərib. Virusun yeni variasiyasının genomunda 382 nukleotidin silindiyi bildirilib. Alimlər araşdırma nəticələrinin COVID-19-un müalicəsi və peyvənd […]

Rusiyanın koronavirusa qarşı hazırladığı peyvəndin istifadəyə veriləcəyi tarix bəlli olub

Rusiya Səhiyyə Nazirliyi təsdiqlənmiş koronavirus vaksininin ilk hissəsinin 2 həftə ərzində istifadəyə veriləcəyini açıqlayıb. Bu ölkənin Səhiyyə naziri Mixail Muraşko bildirib ki, “Sputnik-V” adlı peyvənd Hamalei Elmi Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb və “AFK Sistema” şirkətinin “Binnopharm” dərman fabrikində kütləvi istehsalına başlanılıb. Dərmanın istehsalının ilk 12 ayda 500 milyon dozaya çatacağı gözlənilir. Peyvənd ilk olaraq yüksək […]

“Horizon 2020” proqramı ilə bağlı növbəti məlumatlandırıcı vebinar keçirilib

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin koordinatorluğu ilə Avropa Komissiyasının “Horizon 2020” Tədqiqat və İnnovasiya Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər (MƏŞ) Şəbəkəsinin üzvləri tərəfindən növbəti məlumatlandırıcı vebinar keçirilib. Tədbirdə AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetinin alim-müəllim heyəti, gənc mütəxəssisləri iştirak edib. Vebinarda AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinin rəisi, biologiya […]

Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsi elan olunub. Müsabiqə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək məqsədilə keçirilir. Eyni zamanda, aktual və müasir elmi […]

Koronaviruslu xəstələrin görüntülü zənglərlə diaqnostikası aparılacaq

Səhiyyə Nazirliyinin “Teletəbabət” adlı pilot layihəsinin sayəsində COVID-19 və digər kəskin respirator xəstəliklərin məsafəli diaqnostikasını onlayn şəkildə aparmaq imkanı yaradılıb. Pilot layihə çərçivəsində xəstələr həkim qəbulundan onlayn videobağlantılar vasitəsilə keçmək imkanını əldə edir. Belə ki, koronavirus infeksiyasına yoluxmuş xəstələrin xüsusi mobil tətbiqin vasitəsilə məsafəli konsultasiyasına artıq başlanılıb. Üstəlik, simptomsuz və ya evdə müalicə alan yüngül […]

Faydalı linklər