Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

“Elm” qəzetinin növbəti, cari il üçün 11-ci nömrəsi oxucuların ixtiyarına verilib. Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” və “A.F.Brovkinanın Azərbaycan Respublikası Prezidentinin fəxri diploma ilə təltif edilməsi haqqında” müvafiq sərəncamları, o cümlədən dövlət başçısının Rusiya Elmlər Akademiyasının akademiki xanım Alevtina Brovkinaya təbrik məktubu barədə material yer alıb. […]

Azərbaycanın elmi və təhsil ictimaiyyətinə ağır itki üz vermişdir

Respublikamızın tanınmış riyaziyyat alimi, ADPU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun “Cəbr və riyazi məntiq” şöbəsinin aparıcı elmi işcisi,  riyziyyat üzrə fəlsəfə doktoru, dosent  Şahbazov Aydın İsrafil oğlu 2020-ci il iyulun 8-də ömrünün 67-ci ilində ürək çatışmazlığından qəflətən vəfat etmişdir. Şahbazov Aydın 5 may 1953-cü ildə Cəlilabad rayonunun […]

Britaniya həkimləri COVID-19-a yoluxmuş insanlarda ömürlük qala biləcək nəticələrdən danışıblar

Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri xəbərdarlıq ediblər ki, koronavirusa yoluxaraq ondan sağalmış hər üçüncü insan həyatının qalan hissəsində ağ ciyərlərinin zədələnməsi, xroniki yorğunluq və psixoloji pozuntulardan əziyyət çəkə bilər. medikforum.ru saytının məlumatına görə, Britaniyada xəstəxanadan sağalaraq çıxmış hər onuncu şəxsdə kəskin ürək zədələnməsi diaqnozu qoyulur. Həmçinin mütəxəssislər hesab edirlər ki, keçirilmiş COVID-19 xəstəliyi beynin zədələnməsinə […]

Magistratura səviyyəsi üzrə maliyyələşmə mexanizmində dəyişiklik olunub

“Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli Qərarında dəyişiklik olunub. Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarda […]

2020/2021-ci tədris ilində AMEA-nın magistraturasına qəbul olan bakalavrların nəzərinə!

COVID-19 pandemiyası ilə əlaqədar olaraq 2020/2021-ci tədris ili üzrə magistraturaya sənədlərin qəbulu onlayn qaydada həyata keçiriləcək. Magistraturaya qəbul olan bakalavrlar qeydiyyat üçün aşağıda göstərilən sənədləri skan edilmiş formada iyul ayının 6-dan 15-dək (qəbul-2020/2021 başlığı ilə) [email protected] ünvanına göndərməlidirlər. Sənədlərin siyahısı: – Elektron ərizəyə daxil olmaq üçün iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı; – Telefon nömrəsi (özünün […]

AMEA əməkdaşlarının Web of Science və Scopus elmi bazalarında indeksləşən jurnallarda dərc olunan məqalələri müəyyənləşdiriləcək

Son illər AMEA-da elmin informasiya bazasının gücləndirilməsi, alimlərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi, onların nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda əsərlərinin sayının artırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu tədbirləri davam etdirmək, eyni zamanda, AMEA alimlərinin sosial müdafiəsini gücləndirmək, onları daha yüksək səviyyəli elmi tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 22 iyun 2020-ci il tarixində “2019-cu […]

Faydalı linklər