Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurasının iclasında bir sıra prioritet məsələlər müzakirə olunub

İyunun 12-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının onlayn iclası keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əli­qu­li­yev, şu­ra üzv­lə­ri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak edib­lər. Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iclas iştirak­çı­la­rı­nın diq­qə­tinə çatdırıb. Akademik bir müddət öncə Azərbaycan Res­pub­li­ka­sı­nın Prezident […]

Koronavirusla mübarizədə istifadə olunan ilk preparatlar Rusiya xəstəxanalarına daxil olub

Rusiya xəstəxanalarına COVID-19-a qarşı preparat olan, virusun artmasının qarşısını alan “Avifavir” daxil olub. İlk dərmanları Moskva, Leninqrad, Novqorod, Kirov, Nijeqorod vilayətlərinin tibb məntəqələri alıb. poisknews.ru saytının məlumatına görə, preparat məcburi tibbi sığorta proqramına daxil olan rusiyalılar üçün ödənişsiz olacaq. Hazırda Rusiyada “Avifavir”ə qarşı yüksək tələbat olduğundan onun ölkənin bütün regionlarına çatdırılmasına dair danışıqlar aparılır. Həmçinin 10-dan […]

“Elm” qəzetinin 7-ci və 8-ci sayları işıq üzü görüb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 7-ci və 8-ci sayları çapdan çıxıb. Qəzetin ilk səhifələrində Prezident İlham Əliyevin “2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında”, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında” sərəncamları və bir sıra fərmanları yer alıb. Nəşrin növbəti səhifələrində AMEA-nın onlayn Ümumi yığıncağı, həmçinin Rəyasət Heyətinin […]

AMEA-nın onlayn Ümumi yığıncağı keçirilib

İyunun 10-da AMEA-nın 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn Ümumi yığıncağı keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb. Tədbirdə Azərbaycan elminin inkişafında xüsusi xidmətləri olmuş və dünyasını dəyişmiş görkəmli alimlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra akademik Ramiz Mehdiyev giriş nitqi ilə çıxış edərək, 2019-cu ildə […]

Koronavirusun 6 fərqli növü müəyyən edilib

Müxtəlif regionlarda yeni tipli koronavirusun 10 mindən çox nümunəsinin strukturu təhlil edilib və məlum olub ki, hazırda dünyada bu virusun 6 müxtəlif növü yayılmaqdadır. tass.ru saytı xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin dosenti Pol Plenetin rəhbərlik etdiyi epidemioloqlar qrupu yeni tipli koronavirusun 10 mindən çox genomunu müqayisə edib. Bu genom nümunələri son 6 ayda dünyanın müxtəlif […]

Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların sayını açıqlayıb. Bu günə olan məlumata görə, 915 nəfərin (Azərbaycan bölməsi – 841; rus bölməsi – 74) ərizəsi təsdiqlənib. Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində […]

Faydalı linklər