Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ABŞ-da COVID-19-a qarşı peyvəndin uğurla nəticələndiyini bəyan edilib

ABŞ-ın “Moderna” biotexnologiya şirkəti koronavirus vaksininin nəticələrinin müsbət çıxdığını və onun COVID-19-un qarşısının alınması üçün potensiala malik olduğunu bəyan edib. washingtonpost.com saytı xəbər verir ki, şirkət nümayəndələri klinik sınaqların ilk mərhələsinin başa çatdığını bildiriblər. Koronavirusa qarşı “mRNA-1273” nömrəli namizəd vaksin infeksiyaya məruz qalmış 45 nəfərin üzərində sınaqdan keçirildiyi zaman anticisimlərin törəmə prosesi müsbət nəticələr verib. Namizəd […]

“Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” adlı metodik vəsait nəşr olunub

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin şöbə müdiri, professor Firədun İbrahimov və mərkəzin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Abdurahmanovun həmmüəllifi olduqları “Ümumi riyazi təhsilin həyata keçirilməsi prosesində ehtimal nəzəriyyəsi elementlərinin mənimsədilməsi texnologiyası” adlı metodik vəsait işıq üzü görüb.  Bakalavirat təhsil pilləsi üçün nəzərdə tutulmuş metodik vəsait Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris-Metodiki Şurasının qərarı ilə çap edilib. Kitabın elmi redaktoru […]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı çapdan çıxıb. Qəzetin ilk səhifəsində “Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu, həmçinin ölkə başçısının 2014-cü il 11 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “AMEA-nın Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında AR Prezidentinin Fərmanı yer alıb. Mətbu orqanın növbəti səhifələrində akademik Ramiz […]

ABŞ-da koronavirusa qarşı potensial peyvəndlərin 14 variantı seçilib

ABŞ ekspertləri COVID-19 infeksiyasına qarşı potensial vaksinlərin 14 variantını seçiblər. rbc.ru saytı xəbər verir ki, bu barədə ABŞ Prezident Administrasiyasından məlumat verilib. “Hakimiyyət orqanlarında çalışan ekspertlərimiz bütün dünya üzrə sınaqları keçirilən potensial vaksinlərin 80-dən çox farmaseptik şirkət tərəfindən təqdim olunan 93 variantının qiymətləndirilməsində iştirak ediblər. Onlar daha perspektivli görünən 14 vaksin variantını seçiblər. Hazırda həmin vaksinlərin […]

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli Qanununun tətbiqi barədə” AR Prezidentinin 2016-cı il 9 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında AR Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 57-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram: 1. “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli […]

“Ali Riyaziyyat” adlı dərslik işıq üzü görüb

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor  Misir Mərdanov, institutun professoru Ramiz Aslanov və Bakı Dövlət Universitetinin dosenti Sevda İsayevanın həmmüəllifi olduğu “Ali Riyaziyyat” adlı dərslik işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan dərslik  536 səhifədən, on fəsildən və üç əlavədən ibarətdir. Dərslik riyaziyyatın aşağıdakı bölmələrini əhatə edir: xətti cəbr və analitik həndəsənin […]

Faydalı linklər