Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Azərbaycan alimlərinin məqalələri yüksək impakt faktorlu beynəlxalq jurnallarda dərc olunmuşdur

Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., prof. Ziyatxan Əliyevin, “Riyazi fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, f.-r.e.d., prof. Nazim Kərimov və  tələbələri ilə həmmüəllifləri olduları məqalələri yüksək impakt faktorlu jurnallarda dərc olunmuşdur: 1. Z.S. Aliyev, N.B. Kerimov, V.A. Mekhrabov, Convergence of eigenfunction expansions for a boundary value problem with spectral […]

“Elm haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: Maddə 1. “Elm haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1366; 2018, № 11, maddə 2198) 9.1-ci maddəsində “ali və ya orta ixtisas təhsilinə (subbakalavr ixtisas dərəcəsi)” sözləri “ali təhsilə, subbakalavr peşə-ixtisas dərəcəsi almış orta […]

Akademik Ramiz Mehdiyev onlayn müşavirə keçirib

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə onlayn müşavirə keçirilib. Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının idarə və şöbələrinin rəhbərləri iştirak ediblər. Müşavirəni giriş sözü ilə açan akademik Ramiz Mehdiyev koronavirusla mübarizədə vaxtında qətiyyətli addımlar atmış ölkə Prezidenti İlham Əliyevə elmi ictimaiyyət adından dərin minnətdarlığını bildirib. O, fəaliyyətini karantin rejiminin tələblərinə uyğunlaşdıran AMEA-da pandemiya […]

Karantin rejiminin yumşaldılması rahatlıq yaratmamalıdır

Hazırda dünyanın 200-dən çox ölkəsində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparılır. Əksər ölkələrdə həyata keçirilən tədbirlərə baxmayaraq, dünyada COVID-19 daşıyıcılarının sayı 3,2 milyonu ötüb, təxminən 230 min insan həyatını itirib, 1 milyona yaxın isə sağalıb. Virusdan ölənlərin sayının sürətlə artması dünyanın pandemiya ilə mübarizəyə hazırlıqlı olmadığını göstərdi. Azərbaycanda pandemiyanın yayılma təhlükəsi ilə bağlı […]

Azərbaycanlı alimin məqaləsi Amerika Riyaziyyat Cəmiyyətinin jurnalında dərc olunub

Riyaziyyat və Mexanika İnstitutunun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin elmi işçisi, f.-r.e.n. Namiq Quliyevin müəllifi olduğu məqalə Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən nəşr edilən “Proceedings of the American Mathematical Society” jurnalında çap olunub. “İki spektrə görə tərs məsələlər haqqında” adlı məqalədə hər iki sərhəd şərtində spektral parametrdən asılılığı olan birölçülü Şrödinqer operatoru üçün iki spektrə görə bir tərs […]

AMEA və TÜBİTAK-ın layihə müsabiqəsinin qalibləri müəyyənləşib

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi başa çatıb. Azərbaycan alimləri tərəfindən AMEA-ya 58 layihə təqdim edilib. Müsabiqənin şərtlərinə əsasən hər iki təşkilata təqdim edilmiş layihələr öncə ekspertizadan keçirilir. Təqdim […]

Faydalı linklər