Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Rusiyada koronavirusa qarşı anticismləri müəyyən edən yeni ekspress-test hazırlanıb

Rusiya Elmlər Akademiyasının “Biotexnologiyanın fundamental əsasları” Federal Tədqiqat Mərkəzi koronavirus infeksiyasının sürətli diaqnostikası üçün testlər hazırlayır. Testlər IgM və IgG anticismlərini aşkar etməyə imkan verir. Qeyd edək ki, insanda IgM-nin mövcudluğu xəstəliyin aktiv mərhələdə olduğunu, simptomlarsız IgG isə insanın artıq xəstəliyi keçirdiyini və immunitetə malik olduğunu göstərir. poisknews.ru saytının məlumatına görə, testin nəticələri 10-15 dəqiqə ərzində […]

28 aprel 2020-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov Elmi Şuranın onlayn iclasını keçirmişdir

İclasda institutda təhsil alan magistrlərin tədrisinin gedişi barədə elmi işlər üzrə direktor müavini professor Ədalət Axundov məlumat vermişdir. O qeyd etmişdir ki, magistrlərə əvvəlcədən təsdiq olunmuş dərs cədvəlinə əsasən onlayn formada dərslər keçirilir və bu iş karantin müddətində davam etdiriləcəkdir. İkinci kurs magistrlərin dissertasiya işlərinin vəziyyəti barədə Ədalət Axundov məlumat verərək bildirmişdir ki, bu il […]

REA-nın akademiki koronovirusa qalib gəlməyin yolunu açıqlayıb

Rusiyada mümkün qədər qısa zamanda koronavirusdan müdafiə edən təsirli vaksin hazırlanacaq. Bu barədə V.A.Engelqardt adına Molekulyar Biologiya İnstitutunun İmmunitetin molekulyar mexanizmləri laboratoriyasının rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin İmmunologiya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Sergey Nedospasov bildirib. Alim qeyd edib ki, virusda vaksinin alınmasına mane olan heç nə tapılmayıb. Onun […]

AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadılır

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli Qərarına müvafiq olaraq əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti 28 aprel tarixindən 4 may 2020-ci il saat 00:00-dək təxirə salınır. Bundan əlavə, AMEA-nın fasiləsiz […]

ELAN

17 mart 2020-ci il tarixində saat 11:00-da АMЕА Riyаziyyаt və Mехаnikа İnstitutunun akt zalında D 01.111 dissеrtаsiyа şurаsının nəzdindəki еlmlər dоktоru  dissеrtаsiyаlаrının müzаkirəsi üzrə Elmi tematik sеminаrın növbəti iclasında Elnarə Buxsay qızı Axundovanın ”Üçüncü tərtib adi diferensial operatorlara uyğun spektral ayrılışların yığılması” mövzusunda 1211.01 – ”Diferensial tənliklər”  ixtisasında riyaziyyat üzrə  fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi […]

“Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlar” mövzusunda seminar keçirilib

13.03.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçirilib. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorlar“ mövzusunda məruzə edib. Məruzədə multisubxətti kəsr maksimal operator və multixətti kəsr inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunub. […]

Faydalı linklər