Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA prezidenti koronavirusla bağlı profilaktik tədbirlər haqqında sərəncam imzalayıb

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb. […]

Bu gün ilk dəfə Beynəlxalq Riyaziyyat Günü qeyd olunur

14 mart – Beynəlxalq Riyaziyyat Günüdür. Beynəlxalq Riyaziyyat Birliyi dünya əhalisinin həll etməyə çalışdığı qlobal məsələlərin – iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itirilməsinin qarşısının alınması, dünya əhalisinin sayının durmadan artması fonunda ərzaq ehtiyaclarının proqnozlaşdırılması, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında riyaziyyatın verdiyi töhfələri nəzərə alaraq, Beynəlxalq Riyaziyyat Gününün keçirilməsi təşəbbüsü ilə UNESCO-ya müraciət edib. UNESCO Baş Assambleyasının 2019-cu […]

AMEA-da Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb

AMEA-nın Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib. Ölkə Prezidenti İlham Əliyevin siyasi-ideoloji çağırışlarının işığında yeni yaradılmış mərkəzin əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müşavirənin məqsədindən söz açıb. Bildirib ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi ümummilli lider Heydər […]

AMEA İtaliyanın elmi qurumları ilə əlaqələrini genişləndirir

Martın 10-da AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb. Görüşdə AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev də iştirak ediblər. AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasındakı münasibətlərin uzun tarixi dövrü əhatə etdiyini bildirib. O, bu yaxınlarda Prezident İlham Əliyevin İtaliyaya səfərini xatırladaraq, ölkələrimiz arasındakı əlaqələrin bütün […]

Riyaziyyat elmləri doktoru, professor Bəhram Əliyev “II tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, r.e.d., professor Bəhram Əliyev “II tərtib elliptik diferensial-operator tənlik üçün bəzi sərhəd məsələlərinin həll olunması” mövzusunda məruzə etdi. Məruzədə II tərtib elliptik diferensial-operator tənlik üçün eyni bir kompleks parametr həm tənliyə, həm də sərhəd şərtlərinə daxil […]

Magistratura təhsili ilə bağlı qaydalar dəyişdi

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilib. Magistratura səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü […]

Faydalı linklər