Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə AMEA Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqı Komitəsi İnstitutun qadın əməkdaşlarını təbrik edəcək. Bayramla bağlı 6 mart 2020-ci ildə saat 11.00-da Akt zalında tədbir keçiriləcək. Tədbirdə Azərbaycanın görkəmli teatr aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin Səhnə danışığı kafedrasının dosenti, əməkdar artist (2002) Azad Şükürov Riyaziyyat və Mexanika İnstitutunun qadın […]

“Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda birgə seminarı keçirilib

04.03.2020-ci il tarixində “Diferensial tənliklər” və ”Riyazi fizika tənlikləri” şöbələrinin birgə seminarı keçirilmişdir. Seminarda  r.e.d. Rabil Amanulla oğlu Amanov ”Qeyri-xətti (yarımxətti) II-ci tərtib elliptik tənliklərin güclü həlləri haqqında” mövzusunda məruzə etmişdir. Məruzə zamanı qeyri-xətti hissənin qradiyentə görə müəyyən artım şərti daxilində və fəza dəyişəninə görə müəyyən Lebeq sinfindən olan   Sobolev fəzasında qeyri-xətti  II-ci tərtib […]

ELAN

06.03.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operator və onun yüksək tərtibli kommutatoru” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr maksimal operator və onun yüksək tərtibli kommutatorunun […]

E L A N

05.03.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin kiçik elmi işçisi, riyaziyyat elmləri üzrə fəlsəfə doktru Nicat Əliyev “Yüksək tərtibli normasının hesablanması üçün alt fəza üsulu” mövzusunda məruzə edəcəkdir. Məruzədə alt fəza üsullarından istifadə etməklə yüksək tərtib dinamik sistemlərin normalarının təqribi hesablanmasından danışılacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə […]

Riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Mübariz Qafarşah oğlu Hacıbəyovun “Hiperqruplarda kəsr tərtibli inteqrallar” mövzusunda məruzə etdi. Məruzə hiperqruplarda verilmiş kəsr tərtibli inteqrallar arasında bərabərsizliklər və kəsr tərtibli inteqralların çəkili Lebeq fəzalarında məhdudluğu məsələlərinə həsr olunmuşdur. © Bütün hüquqlar […]

ELAN

Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun ED 1.04 Dissertasiya Şurasının nəzdindəki 1202.01 – Analiz və funksional analiz ixtisası üzrə Elmi seminarda f-r.e.n., dosent Elnur Həsən oğlu Xəlilovun “Исследование решения некоторых классов поверхностных интегральных уравнений проекционно-сеточными методами” mövzusunda elmlər doktoru dissertasiya işinin müzakirəsi 10 mart 2020-ci il tarixində saat 1200-da AMEA Riyaziyyat və Mexanika […]

Faydalı linklər