Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın prezidenti İtaliyanın nüfuzlu nəşriyyat evinin rəhbəri ilə görüşüb

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev İtaliyanın məşhur “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb. Tədbirdə AMEA-nın birinci vitse-prezidentləri – akademik İsa Həbibbəyli və akademik İbrahim Quliyev də iştirak ediblər. Görüşdə çıxış edən akademik Ramiz Mehdiyev Azərbaycanla İtaliya arasında tarixən mövcud olmuş əlaqələrdən söhbət açıb, bugünkü tədbirin iki ölkə arasında münasibətlərin möhkəmlənməsi baxımından […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının ilk iclası keçirilib

Martın 3-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Elmi şurasının ilk iclası keçirilib. İnformasiya Texnologiyaları İnstitutunda baş tutan tədbirdə AMEA-nın vitse-prezidenti, FRTEB-in sədri, akademik Rasim Əliquliyev, Elmi şuranın üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri və aidiyyatı şəxslər iştirak ediblər. Öncə akademik Rasim Əliquliyev gündəlikdə yer alan məsələləri iştirakçıların diqqətinə çatdırıb. Daha sonra bir sıra […]

Gənc alim və mütəxəssislərin II beynəlxalq elmi konfransı işə başlayıb

Martın 3-də AMEA-nın Əsas binasında Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans öz işinə başlayıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə baş tutan tədbir AMEA-nın 75 illiyinə həsr olunub. Beynəlxalq konfransda AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev, […]

Nobel Mükafatı Sammiti keçiriləcək

Aprelin 29-dan mayın 1-dək ABŞ-ın Milli Elmlər Akademiyasında “Bizim planetimiz bizim gələcəyimizdir” mövzusunda ilk Nobel Mükafatı Sammiti keçiriləcək. nobelprize.org saytı xəbər verir ki, Nobel Fondu və ABŞ Milli Elmlər Akademiyası tərəfindən təşkil olunacaq tədbirdə 20-dək Nobel mükafatı laureatı, alim və siyasətçilər, o cümlədən biznes liderləri, aparıcı gənclər iştirak edəcək. Sammitdə iqlim dəyişikliyi, geosiyasi alyanslar, iqtisadi bərabərsizlik, […]

AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA fəlsəfə doktoru hazırlığı üzrə (əyani bölmə) ixtisas fənlərindən doktoranturaya qəbul imtahanlarının nəticələri

İmtahanlar 27.02.2020-ci il tarixində keçirilib 1202.01-Analiz və funksional analiz: 1.Əliyeva Dünya Rəsul qızı – yaxşı 2.Məmmədova Aişən Veyis qızı – yaxşı 3.Haqverdi Tural Xasay oğlu – əla 1211.01-  Riyazi fizika  tənliklər: 1. Abdullayeva Aydan Cəfər qızı – əla 3324.07-Məsafədən aerokosmik tədqiqatlar:  1.Qədirova Xəyalə Məmmədağa qızı – əla  T Ə H S İ L    Ş Ö B […]

UNEC-də 27 fevral-27 mart tarixlərində “Elm aylığı” elan olunub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Universitetlərdə akademik tədqiqatların kommersiyalaşması: beynəlxalq reallıqlar və yeni çağırışlar” mövzusunda konfrans keçirilib. Tədbirdə ali təhsil müəssisəsinin rektoru, professor Ədalət Muradov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamına əsasən martın 27-nin ölkəmizdə Elm Günü kimi qeyd olunmasını nəzərə alaraq, UNEC-də “Elm aylığı”na start verildiyini bildirib. O, “Elm aylığı”nda maarifləndirmə tədbirlərinin, elmi-praktik seminarın, […]

Faydalı linklər