12/09/2024
Bakıda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Times Higher Education, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universiteti / Sumgayit State University tərəfindən “Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” forumu keçirilir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
12/09/2024
2024-cü ilin 2-ci Ay tutulması sentyabrın 18-də baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından AZƏRTAC-a verilən məlumata görə, qismən Ay tutulması Bakı vaxtı ilə saat 04:41-də başlayıb, saat 08:47-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 18-i saat 06:44-da baş verəcək. Saat 06:12-də qismən tutulma başlayacaq və saat 07:15-də sona çatacaq. Saat 04:41-də yarımkölgəli […]
11/09/2024
11 sentyabr 2024-cü il tarixlərində AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənni üzrə qəbul imtahanı keçirilmişdir. İmtahanın keçirilməsi məqsədilə RMİ-nin baş direktorunun əmrinə əsasən müvafiq ixtisas üzrə qəbul komissiyası yaradılmışdır. AMEA-nın müxbir üzvü Qeylani Pənahov, mexanika elmlər doktoru Elxan Abbasov, texnika elmlər namizədi Eldar Abbasov və […]
11/09/2024
12.09.2024-ci il saat 11:00-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin dissertantı Aygün İsvahan qızı Ağamalıyeva “Populyasiyanın dinamikasının optimal idarə olunması məsələsində optimallıq şərtləri” mövzusunda məruzə edəcəkdir. Məruzədə iki sinif xətti tənliklər sistemi üçün qoyulmuş Koşi məsələsinin həllinin göstərilişinin alınması, populyasiyanın dinamikası iki ölçülü birtərtibli inteqro-diferensial tənliklər sistemi və onların diskret analoqları […]
11/09/2024
Çin və ABŞ-dan olan tədqiqatçılar beyin xərçənginin ən ölümcül forması sayılan glioblastoma üçün potensial müalicə hazırlayıblar. Çinin Renmin Xəstəxanası və ABŞ-ın Yale Universitetinin alimləri birlikdə tədqiqatlar aparıblar. Tədqiqatın davamlılığı sübut edilmiş glioblastoma üçün daha effektiv müalicələrə yol aça biləcəyi düşünülür. Qeyd edək ki, Glioblastoma multiforme (GBM) xərçəng hüceyrələrini effektiv şəkildə hədəf alaraq qan-beyin baryeri vasitəsilə […]
10/09/2024
Yer kürəsində iqlim böhranı davam edir. İqlim böhranı səbəbilə planetimizin müxtəlif nöqtələrində artıq istilik dalğaları, quraqlıqlar və ekstremal hava şəraitləri müşahidə edilir. Keçən il alimlər 2023-cü ilin yay fəslini tarix ərzində müşahidə edilmiş ən isti yay fəsli adlandırmışdılar. Lakin görünür, 2024-cü ilin yay fəsli bu mövzuda yeni rekorda imza atıb. Alimlər artıq bildiriblər ki, Yer […]