Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb. İmtahanın nəticələri ilə www.e-gov.az linki vasitəsilə tanış olmaq mümkündür. İmtahanda iştirakı nəzərdə tutulan 15 min 738 bakalavrdan 183 nəfəri imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə 95 bal olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bakalavrlar iyunun 8-dən […]

ELAN

28.02.2020-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin dissertantı Afaq Fərhad qızı İsmayılova “Ümumiləşmiş Morri fəzalarında multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorlar“ mövzusunda məruzə edəcəkdir. Məruzədə multisubxətti maksimal operator və multixətti sinqulyar inteqral operatorların ümumiləşmiş Morri fəzalarında məhdudluğu məsələsi müzakirə olunacaqdır. © Bütün […]

26 Fevral – XOCALI SOYQIRIMININ ANIM GÜNÜ

25 Fevral 2019-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda 26 Fevral –  XOCALI SOYQIRIMININ ANIM GÜNÜ  ilə əlaqədar olaraq Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar İttifaqının Təşəbbüsü ilə tədbir keçirildi. Tədbirdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri – ŞƏMİSTAN ƏLİZAMANLI iştirak etdi. Tədbiri açan RMİ-nin direktoru AMEA-nın […]

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında AR Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri Əli Əsədov – Azərbaycan Respublikasının Baş Naziri Komissiyanın üzvləri Əli Əhmədov – Azərbaycan Respublikası Baş Nazirinin müavini Ramiz Mehdiyev – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti […]

AMEA və TÜBİTAK-ın birgə müsabiqəsinə dair suallar cavablandırılıb

Fevralın 24-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində elan olunan müsabiqəyə dair növbəti maarifləndirici seminar keçirilib. İnteraktiv şəraitdə baş tutan tədbirdə akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri iştirak ediblər. […]

ELAN

26 fevral 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksional analiz” şöbəsinin baş elmi işçisi, riyaziyyat üzrə elmlər doktoru Elşad Hətəm oğlu Eyvazov “Kvant mexanikasının bəzi problemlərinin həllində riyaziyyatın rolu” mövzusunda məruzə edəcəkdir. Məruzə 4 hissədən ibarətdir. I hissədə nöqtəvi potensiallı Şredinger operatoru haqqında görülən işlərdən danışılacaq və Berezin-Minlos-Faddeyev üsulunun mahiyyəti açıqlanacaq. II hissədə maqnit […]

Faydalı linklər