Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA və TÜBİTAK-ın layihə təklifləri üzrə növbəti seminar keçiriləcək

Fevralın 24-də saat 10:00-da Mərkəzi Elmi Kitabxanada AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq protokolu üzrə müştərək proqram çərçivəsində layihə təklifləri ilə əlaqədar növbəti məlumatlandırma seminarı keçiriləcək. Seminarda müsabiqə şərtləri və ərizə formasının doldurulmasına dair ətraflı məlumat veriləcək. Tədbirdə iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidir. Ünvan: Bakı şəh., H.Cavid pr. 129, IV mərtəbə © […]

AMEA-da Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib

Fevralın 19-da AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib. Görüşdə AMEA rəhbərliyi, akademiyanın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və bu şuraların elmi katibləri iştirak ediblər. Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq son zamanlar akademiyada müxtəlif dövlət qurumları ilə […]

“Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru  Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edib. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi üçün zəruri […]

ELAN

21.02.2020-ci il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin doktorantı Cavanşir Vaqif oğlu Əzizovun “Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatoru” mövzusunda məruzəsi olacaqdır. Məruzədə Heyzenberq qruplarında ümumiləşmiş çəkili Morri fəzalarında kəsr inteqral operatoru və onun yüksək tərtibli kommutatorunun […]

“Kabel ilə bir əlaqə nöqtəsi olan asma körpünün rəqslərinin riyazi modelinin araşdırılması” mövzusunda seminar keçirilib

19 Fevral, 2020-ci il tarixində “Diferensial tənliklər” və  “Riyazi fizika tənlikləri” şöbəsinin növbəti birgə seminarı keçirilib. Seminarda şöbənin doktorantı Fərhadova Yetər Müzakir qızı “Kabel ilə bir əlaqə nöqtəsi olan asma körpünün rəqslərinin riyazi modelinin araşdırılması” mövzusunda çıxış edib. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Funksional analiz” şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanovun 70 yaşı münasibəti ilə təbrik edirik!

Həmidulla İsrafil oğlu Aslanov – 1950-ci ildə Şamaxı rayonunun Cəyirli kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika – riyaziyyat” fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1976-cı ildə namizədlik, 1996-cı ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1997-ci ildə professor elmi adini  almışdır. Differensial operatorların spectral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssisdir, […]

Faydalı linklər