Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru  Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edib. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi üçün zəruri […]

AMEA-da Azərbaycan Əsilli Alimlərin Assosiasiyası yaradılacaq

AMEA Rəyasət Heyətinin fevralın 5-də keçirilmiş iclasında xaricdə fəaliyyət göstərən Azərbaycan Əsilli Alimlərin Assosiasiyasının yaradılması məsələsi müzakirə olunub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, ölkələrarası əlaqələrin sürətli inkişafı, dünyada qlobal problemlərin mövcudluğu və elmi inteqrasiyanın getdikcə daha da genişlənməsi alimlərin ortaq fəaliyyətini şərtləndirir. Hazırda dünyanın nüfuzlu elm və təhsil […]

AMEA-da mülki müdafiə tədbirləri gücləndirilir

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib. AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O, akademiyada mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin “Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” ölkə başçısının […]

E L A N

06.02.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda Bakı Dövlət Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru Misrəddin Allahverdi oğlu Sadıqov “Anormal riyazi proqramlaşdırma məsələsi” mövzusunda məruzə edəcəkdir. İşdə bərabərliklə məhdudiyyət requlyarlıq şərtini ödəmədikdə riyazi proqramlaşdırma məsələsinin həllinin optimallığı üçün birinci və ikinci tərtib zəruri şərt alınmışdır. İşdə həmçinin sərhəd şərtli optimal idarə məsələsi […]

“ÖZÜNÜ VƏ BAŞQALARINI XƏSTƏLİKDƏN QORU!” ADLI TƏDBİR KEÇİRİLİB

05 fevral 2020-ci il saat 11.00-da AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNUN Akt zalında RMI-nin Həmkarlar Komitəsinin Sədri dos.İ.Mirzəzadənin təşkilatçiliği ilə koronavirus ilə bağlı “ÖZÜNÜ VƏ BAŞQALARINI XƏSTƏLİKDƏN QORU!” adlı tədbir keçirilib.Tədbir  yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gucləndirilməsi məqsədi ilə təşkil olunub. Tədbirdə AMEA Həmkarlar İttifaqının sədri professor H.Qurbanov da iştirak edirdi. Tədbirdə iştirak edən […]

Professor Sədi Əndam oğlu Bayramov “Metrik fəzaların ümumiləşmələri və bu fəzalarda tərpənməz nöqtə haqqında teoremlər” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda Bakı Dövlət Universittetinin professoru, r.e.d., Sədi Əndam oğlu Bayramov “Metrik fəzaların ümumiləşmələri və bu fəzalarda tərpənməz nöqtə haqqında teoremlər” mövzusunda məruzə edib. Metrik fəzaların ümumiləşməsi olan b-metrik, G-metrik, D-metrik, D*-metrik, S-metrik, soft metrik fəzalar haqqında məlumat verilib. Bu fəzalarda tərpənməz nöqtə haqqında teoremin müxtəlif variantlarının […]

Faydalı linklər