Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Elmi şuranın gündəliyi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının 5 fevral 2020-ci tarixli 1 saylı iclas protokolunun GÜNDƏLİYİ     “Azərbaycan MEA-nın 2020-2025-ci illər üzrə inkişaf proqramı”-ndan irəli gələn prioritet istiqamətlərlə bağlı. “Azərbaycan MEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı” haqqında 28 dekabr 2019-cu il tarixli 3/5 nömrəli AMEA-nın Ümumi yığıncağının Qərarı. Elmi müəssisələrin akkreditasiyası qaydası haqqında. AMEA RMİ-nin […]

ELAN

05 fevral 2020-ci il saat 11.00-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Həmkarlar İttifaqının təşkilatçılığı ilə koronavirus ilə bağlı “Özünü və başqalarını xəstəlikdən qoru!” adlı tədbir keçiriləcək. Arzu edənlər iştirak edə bilərlər. HƏMKARLAR İTTİFAQI  © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

AMEA Rəyasət Heyətində bir sıra dövlət rəsmiləri ilə görüş keçirilib

AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilə görüş keçirilib. Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev dövlət rəsmilərini salamlayaraq, son aylar AMEA-da aparılan islahatlar, struktur dəyişiklikləri, yenidənqurma işləri, eləcə də perspektivdə görüləcək işlər barədə ətraflı […]

“Elm” qəzetinin yeni sayında maraqlı məqalələr yer alıb

AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb. Çoxsaylı nəşrlər sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən qəzetin ilk səhifəsində AMEA Rəyasət Heyətində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, eləcə də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla keçirilən görüşlər yer alıb. Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz […]

AMEA-nın gənc mütəxəssisləri Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb

2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə 2019-cu ildə yüksək fəallığı ilə seçilən gənclər və gənclər təşkilatları mükafatlandırılıblar. Mərasimdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və idman naziri Azad Rəhimov, […]

“Magistr” jurnalının 2-ci nömrəsi çapdan çıxıb

“Magistr” jurnalının 2-ci nömrəsi çapdan çıxıb. Jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üzrə ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbul imtahanına hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika […]

Faydalı linklər