Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA-nın 75 illiyi Beynəlxalq Türk Akademiyasının tədbirlər planında yer alıb

Yanvarın 30-da Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının üçüncü toplantısında bu qurumun planlaşdırılan yubiley tədbirlərinin siyahısı təsdiqlənib. İclasda Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali müəssisənin 2020-ci il üçün fəaliyyət planı haqqında məlumat verib. Bildirib ki, bu il Monqolustanda “Tonyukuk” abidəsinin 1300, “Manas” dastanının 1025 illiyi, Abay Kunanbayevin anadan olmasının 175, Üzeyir Hacıbəylinin anadan olmasının […]

AMEA və TÜBİTAK-ın layihə müsabiqəsi davam edir

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi davam edir. Müsabiqə 6 mart 2020-ci il tarixinədək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır. Ətraflı məlumat və […]

Avropa Komissiyasının COST proqramına dair məlumatlandırma seminarı keçiriləcək

Fevralın 6-da saat 10:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Avropa Komissiyasının COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) proqramının fəaliyyəti üzrə məlumatlandırma seminarı keçiriləcək. Seminarda COST proqramında iştirak imkanları, layihələrə qoşulma, müraciətlərin hazırlanmasına dair COST Assosiasiyasının nümayəndəsi Judith Litjens tərəfindən ətraflı məlumat veriləcək. Tədbir ingilis dilində keçiriləcək. Seminarda iştirak etmək istəyənlər buradan qeydiyyatdan keçməlidir. Ünvan: Bakı şəh., H.Cavid pr. 129, […]

Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA-da tibbi aksiya keçirir

AMEA-nın Azad Həmkarlar İttifaqının və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə bu gün akademiya əməkdaşlarının ödənişsiz göz müayinəsi həyata keçirilir. AMEA-nın Əsas binasında baş tutan humanitar aksiya saat 16:00-dək davam edəcək. Əsas məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, onlar arasında refraksiya (miopiya, hipermetropiya, astiqmatizm) anomaliyalarını yoxlamaq, göz xəstəliklərini öncədən müəyyənləşdirmək və bu […]

Riyaziyyat elmləri doktoru Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin approksimasiyaları” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin approksimasiyaları” mövzusunda məruzə etdi. Məruzədə Hilbert çevirməsi və onun diskret analoqunun xassələrindən bəhs olunacaq və həqiqi oxda p dərəcədən inteqrallanan funksiyalar fəzasında Hilbert çevirməsinin approksimasiyaları verildi. Göstəriləcək ki, approksimasiya […]

AMEA əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçiriləcək

29 yanvar 2020-ci il tarixində saat 9:00-dan 16:00-dək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən AMEA əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçiriləcək. Humanitar aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaqdır. Ünvan: Bakı ş., Hüseyn Cavid prospekti 115, AMEA-nın Əsas binası. © Mənbə: www.science.az

Faydalı linklər