Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Riyaziyyat və Mexanika İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Elmin inkişafında elmimmetriyanın rolu” mövzusunda məruzə etmək üçün New York şəhərinə dəvət olunub

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 15-30 avqust 2020-ci ildə  ABŞ-ın New York şəhərində keçiriləcək “Təhsil, Tədqiqat və İnkişaf üzrə 6-cı Amerika Beynəlxalq  (AICERD-2020)” konfransında,  “Elmin inkişafında elmimetriyanın rolu” mövzusunda məruzə etmək üçün New York şəhərinə dəvət olunub. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az […]

AMEA-da Hesablama Palatasının sədri ilə görüş keçirilib

Akademiyanın Rəyasət Heyətində AMEA əməkdaşlarının Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görüşün Azərbaycan Respublikasının daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanının sədri Vüqar Gülməmmədovun Akademiya əməkdaşlarını maraqlandıran sualları cavablandırmaq və əməkdaşlara tövsiyələrini vermək məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb. Sonra Azərbaycan Respublikasının Hesablama Palatasının sədri […]

Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı sərgi açılıb

Yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı kitab sərgisi açılıb. Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixindən bəhs edən kitablar, ayrı-ayrı institutlarının nəşrləri, əməkdaşlarının Azərbaycanda və xarici mətbuatda çap edilmiş məqalələri nümayiş olunur. Sərgi bir həftə davam edəcək. © Mənbə: www.science.az

“Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi tərəfindən “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr olunub. Xüsusi buraxılışda ölkəmizin ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib. © Mənbə: www.science.az

23 yanvar 2020-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı (HORİZON 2020) ilə bağlı seminar keçirilmişdir

Seminarı giriş sözü ilə Riyaziyyat və Mexanika İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov açmışdır. Seminarda İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramı HORİZON2020-nin Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) istiqamətində Azərbaycanda Milli Təmsilçisi, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev, Arxeologiya və Etnoqrafiya İnstitutunun […]

23 yanvar 2020-ci AMEA-Riyaziyyat və Mexanika İnstitutunda Avropa İttifaqının Elmi Tədqiqat və İnnovasiya Çərçivə proqramı (HORİZON 2020) ilə bağlı görüş keçirilmişdir

Görüşdə institutun direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov; İdarəetmə Sistemləri İnstitutunun “Xarici əlaqələr və innovasiya” şöbəsinin müdiri, Avropa Birliyinin Elmi-Tədqiqat və İnnovasiya Çərçivə Proqramı HORİZON2020-nin Azərbaycanda İKT və FET (Gələcəyin Qabaqcıl Texnologiyaları) istiqamətində Azərbaycanda Milli Təmsilçisi, texnika üzrə fəlsəfə doktoru Tofiq Babayev; Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, HORİZON 2020-nin Maria Sklodovskaya-Küri Proqramı üzrə […]

Faydalı linklər