Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

AMEA ilə TÜBİTAK-ın birgə elan etdiyi müsabiqəyə dair maarifləndirici seminar keçirilib

Yanvarın 23-də AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində elan olunan müsabiqəyə dair məlumatlandırma seminarı keçirilib. Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının beynəlxalq əlaqələr şöbələrinin məsul şəxsləri, akademiyanın gənc alimləri, eləcə də respublikanın ali təhsil və elmi-tədqiqat mərkəzlərinin nümayəndələri […]

ELAN

29 yanvar 2020-ci il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, r.e.d., Rəşid Əvəzağa oğlu Əliyev “Hilbert çevirməsinin approksimasiyaları” mövzusunda məruzə edəcəkdir. Məruzədə Hilbert çevirməsi və onun diskret analoqunun xassələrindən bəhs olunacaq və həqiqi oxda p dərəcədən inteqrallanan funksiyalar fəzasında Hilbert çevirməsinin approksimasiyaları veriləcək. Göstəriləcək ki, approksimasiya edən operatorlar Hilbert çevirməsinin […]

Akademik Yusif Məmmədovun 70 yaşı tamam olur

Yanvarın 24-də riyazi-fizika və diferensial tənliklər sahəsində tanınmış alim, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Bakı Dövlət Universitetinin (BDU) Riyazi-fizika tənlikləri kafedrasının müdiri, akademik Yusif Məmmədovun 70 yaşı tamam olur. Yusif Əbülfət oğlu Məmmədov 1950-ci il yanvarın 24-də Qərbi Azərbaycanın Sisiyan rayonunun Dəstəgird qəsəbəsində doğulub. O, 1966-cı ildə orta məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki […]

YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib

Yeni Azərbaycan Partiyası AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası keçirilib. Tədbirdə təşkilati məsələlərə baxılıb. İclasda Elm və təhsil baş idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının sədri, Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev sədr müavini, Humanitar Elmlər Bölməsinin baş mütəxəssisi Əsmər Əliyeva katibi seçiliblər. Fizika-Riyaziyyat […]

Doktorantura, dissertantura və magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə

Doktorantura və dissertanturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı yanvarın 26-da keçiriləcək. Ai təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər isə fevralın 23-də imtahan verəcəklər. Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı (birinci) mayın 3-də və (ikinci) mayın 31-də olacaq. Qeyd edək ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı […]

AMEA Rəyasət Heyətinin iclası keçirilib

Yanvarın 22-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuş – Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə yubiley medallarını təqdim edib. Tədbiri giriş sözü […]

Faydalı linklər