Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Ötən il yüksək nəticələrlə başa vuruldu

Son illər Azərbaycanda yüksək səviyyədə həyata keçirilən gənclər siyasətinin nəticələri özünü gənc nəslin müxtəlif sahələrdəki aktiv fəaliyyətləri, həmçinin əldə olunan davamlı uğurları ilə büruzə verməkdədir. Prezident İlham Əliyevin bu istiqamətdə müəyyənləşdirdiyi siyasi xəttin əsas məqamlarını innovativ fəaliyyətə istiqamətləndirən davamlı proqramların reallaşdırılması və Azərbaycanın gələcək inkişafı naminə hədəflərimizin gerçəkləşdirilməsi üçün aparıcı qüvvəyə çevrilə bilən gənc nəslin […]

ELAN

23 yanvar 2020-ci ildə saat 1400-da AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında Horizon 2020 proqramı üzrə məlumat günü keçiriləcəkdir. Tədbirdə AMEA Coğrafiya İnstitutunun əməkdaşı Rövşən Kərimov, Azərbaycan Milli Antidoping Agentliyi strateji inkişaf mərkəzinin meneceri İlham Hümbətov, İnformasiya və texnologiyalar İnstitutunun əməkdaşı Fərhad Yusifov, Maria Sklovodskaya-Küri proqramı üzrə mütəxəssis, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı […]

Professor Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri” mövzusunda məruzə edib

Bu gün AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin  baş  elmi  işçisi, Rusiya Xalqlar Dostluğu Universitetinin akad. S.M. Nikolski adına Riyaziyyat İnstitutunun baş elmi işçisi və xarici araşdırmaçısı, r.e.d.,  AMEA-nın prof. Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri”  mövzusunda məruzə etdi. Məruzədə əvvəlcə dəyişən dərəcəli  Morri fəzaları […]

AMEA və TÜBİTAK-ın layihə təklifləri üzrə məlumatlandırma seminarı keçiriləcək

23 yanvar 2020-ci il tarixində saat 11:00-da AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış Əməkdaşlıq protokolu üzrə müştərək proqram çərçivəsində məlumatlandırma seminarı keçiriləcək. Layihə təklifləri ilə əlaqədar baş tutacaq seminarda müsabiqənin şərtləri və ərizə formasının doldurulması geniş izah olunacaq. Ünvan: Bakı şəh., H.Cavid pr., 115 […]

Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub. Təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu İnternet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənədlər fevralın 20-dək qəbul ediləcək. Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı […]

Magistraturaya sınaq imtahanı üçün qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də baş tutacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər bu gündən başlayaraq yanvarın 27-si saat 11:00-dək DİM-in internet […]

Faydalı linklər