Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Magistraturaya sınaq imtahanı üçün qeydiyyat başlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2020-ci il fevralın 2-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçiriləcək. Sınaq imtahanı qəbul imtahanı modeli əsasında təşkil olunacaq. İmtahanlar Bakı şəhəri ilə yanaşı, Gəncə və Naxçıvan şəhərlərində də baş tutacaq. Sınaq imtahanında iştirak etmək istəyənlər bu gündən başlayaraq yanvarın 27-si saat 11:00-dək DİM-in internet […]

Elmi ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

Qanlı 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin üzvləri, aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri yanvarın 20-də – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər. © Mənbə: www.science.az

AMEA-nın İşlər idarəsinin yeni müdiri kollektivə təqdim edilib

AMEA prezidentinin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyası İşlər idarəsinin müdiri təyin olunmuş texnika elmləri doktoru, professor Elton Məmmədov yanvarın 17-də AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov tərəfindən Rəyasət Heyətinin kollektivinə təqdim edilib. Tədbiri giriş sözü ilə açan Ə.Sadıqov bildirib ki, son vaxtlar elmin dövlət siyasətinin həyata keçirilməsində rolunun artırılması məqsədilə akademiyada […]

AMEA Rəyasət Heyətində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri ilə görüş keçirilib

AMEA-nın Rəyasət Heyətində akademiya əməkdaşlarının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevlə görüşü keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sahələrə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsinə də böyük diqqət yetirildiyini qeyd edib, bugünkü görüşün sosial sahəyə həsr olunduğunu söyləyib. Sonra nazir Sahil Babayev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məruzə […]

“Elm” qəzetinin yeni nömrəsi işıq üzü görüb

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən AMEA Rəyasət Heyətinin “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb. Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında”, “Xoşbəxt Yusifzadənin 90 illik yubileyinin qeyd olunması haqqında”, “X.B.Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında”, “X.B.Yusifzadənin 90 illik yubileyi […]

Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 30-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda 20 Yanvar faciəsinin 30-ci ildönümünə həsr olunmuş anım tədbirində Azərbaycanın igid övladlarının fədakarlığını hörmətlə xatırlayıb, onların əziz xatirəsini böyük ehtiramla yad etdilər. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov 20 Yanvar hadisələrinin dəhşətlərindən danışdı. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun Bakıda […]

Faydalı linklər