Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

ELAN

22 yanvar  2020-ci ildə  AMEA Riyaziyyat və Mexanika İnstitutunun ümuminstitut seminarında “Riyazi analiz” şöbəsinin  baş  elmi  işçisi, r.e.d., AMEA-nın prof. Rövşən Bəndəliyev “Dəyişən dərəcəli Morri fəzalarında daxilolma teoremləri”  mövzusunda məruzə edəcəkdir. Məruzədə əvvəlcə dəyişən dərəcəli  Morri fəzaları haqqında bəzi ümumi məlumat veriləcək. Daha sonra iki müxtəlif  dəyişən dərəcəli Morri  fəzaları arasında kəsilməz daxiloma teoremləri haqqında […]

“Variasiya hesabının hamar olmayan məsələlərində ekstremum üçün zəruri şərtlər” mövzusunda seminar keçirilib

Bu gün “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabının hamar olmayan məsələlərində ekstremum üçün zəruri şərtlər” mövzusunda məruzə edib. İşdə hamar olmayan vektor şəkilli variasiya məsələlərində güclü və zəif ekstremumları tədqiq etmək üçün iki üsul təqdim olunur: birinci üsul Veyerştras tipli yeni variasiyanın verilməsinə […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib

Yanvarın 15-də AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyliyə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevə “Şöhrət” və akademik Vaqif Fərzəliyevə “Şərəf” ordenlərini təqdim edib. İclası giriş sözü ilə açan akademik Ramiz Mehdiyev hesabatların AMEA-nın həyatında xüsusi əhəmiyyətə […]

Akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan çıxıb

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” adlı kitabı çapdan çıxıb. Kitabda şərh edilən məsələlər akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri vəzifəsində işlədiyi 16 il ərzində müşahidə etdiklərinin nəticəsidir. “Mənim üçün müasir Azərbaycanın inkişaf tarixi ilə bağlı açıq suallar qalmayıb. Ölkənin ümdə problemlərinin həllində iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların […]

E L A N

16.01.2020-ci il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Variasiya hesabının hamar olmayan məsələlərində ekstremum üçün zəruri şərtlər” mövzusunda məruzə edəcəkdir. İşdə hamar olmayan vektor şəkilli variasiya məsələlərində güclü və zəif ekstremumları tədqiq etmək üçün iki üsul təqdim olunur: birinci üsul Veyerştras tipli yeni […]

Akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi qeyd olunub

Yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. Tədbir çərçivəsində “Xoşbəxt Yusifzadənin “Heydər Əliyev” ordeni ilə təltif olunması haqqında” ölkə başçısının Sərəncamı oxunub və Prezident İlham Əliyev sözügedən […]

Faydalı linklər