Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Barmaq izlərinin səs vasitəsilə oğurlanması üsulu yaradılıb

Amerikalı və çinli alimlər insanın barmaq izini təşkil edən papilyar xətlərin təsvirlərini səs analizi vasitəsilə bərpa edə bilən yeni üsulu hazırlayıblar. Hazırlanmış yeni üsul PrintListener adlanır və o, bu prosesi istifadəçi barmağının sensorlu ekran üzərində sürüşməsi zamanı yaranan səsin analizi hesabına reallaşdırır. Sistemlərin barmaq izi vasitəsilə qorunması texnologiyası günümüzdə geniş yayılıb və o, etibarlı təhlükəsizlik üsullarından […]

21 Fevral – Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində […]

ELAN

28 fevral 2024-cü il saat 10:00-da Ümuminstitut seminarında RMİ-nin “Funksiyalar nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, f.-r.e.n., dosent Niyazi Ələddin oğlu İlyasov “Lp(T) fəzalarında periodik funksiyaların approksimasiya nəzəriyyəsinin bəzi bərabərsizliklərinin eynigüclülüyü haqqında” mövzusunda məruzə edəcəkdir. Məruzədə bir əsas qiymətləndirmədən istifadə edərək 2-periodik funksiyaların approksimasiya nəzəriyyəsinin müxtəlif məlum bərabərsizliklərinin (düz və tərs teoremlər) doğruluğunu və eynigüclülüyünü göstərməyə […]

ELAN

Hörmətli həmkarlar! 28 fevral 2024-ci il tarixində saat 15:00-da Institutun Akt  zalında ETN Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri dosent  İradə Mirzəzadənin hesabat seçki iclası keçiriləcək.Əməkdaşların iştirakı mütləqdir. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

ELAN

Riyaziyyat və Mexanika İnstitutu ED 1.04 Dissertasiya şurasının 1211.01-Diferensial tənliklər ixtisasında elmi seminarının 27 fevral 2024-cü il tarixində  saat 12:00 iclasında Arəstə Şariza qızı Həbibovanın “Parabolik və hiperbolik tip tənliklər üçün bəzi tərs məsələlərin korrektliyinin tədqiqi” mövzusunda 1211.01-Diferensial tənliklər ixtisasında riyaziyyat elm sahəsi üzrə Fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi İnstitutun akt zalında keçiriləcək. İclasa qoşulmaq üçün Link: https://us06web.zoom.us/j/2816242014?pwd=M1ZLrZiUFWTRYMdWqISD3BwoI2AFnr.1&omn=89442258233 […]

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb. Qəzetin ön səhifəsində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib” başlıqlı yazı və Prezident İlham Əliyevin akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik yer alıb. Qəzetin bügünkü sayında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin müəllifi olduğu “Dəmir yumruq”lu və Zəfər bayraqlı lider” adlı məqalə, […]