Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

Bu gün AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyevin 70 yaşı tamam olur

Yanvarın 6-da görkəmli kimyaçı alim, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” ordeni laureatı, AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin 70 yaşı tamam olur. Dilqəm Tağıyev 6 yanvar 1950-ci ildə Kəlbəcər rayonunda anadan olub. O, 1971-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya […]

AMEA Riyaziyyat və Mexanika İnstitutunun magistrantları imtahan veriblər

AMEA-nın magistraturasına 2019/2020-ci tədris ilində “Riyazi analiz”, Optimallaşdırma və optimal idarəetmə”, “Riyazi fizika” və “Hesablama diaqnostikası” , ixtisasları üzrə yüksək bal toplamış tələbələr qəbul olunub. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda I və II kurslar üzrə ümumilikdə 12 magistrant təhsil alır. İnstitutda təhsil alan magistrantların qış imtahan sessiyasına start verilib. 7 və 9 yanvar tarixlərində  […]

AMEA Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

Dekabrın 29-da AMEA Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda 28 dekabr 2019-cu il tarixində baş tutmuş akademiyanın Ümumi yığıncağının qərarlarının icrası ilə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. © Mənbə: www.science.az

AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi təsdiqlənib

Dekabrın 28-də keçirilən Akademiyanın Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 11 nəfərdən ibarət yeni tərkibi təsdiq olunub. Qərara əsasən, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva, İradə Hüseynova, Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Rəyasət Heyətinin tərkibinə daxil ediliblər. […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın 25 dekabr  2019-cu il tarixli 15 saylı iclas protokolunun Qərarına əsasən aşağıda adları qeyd olunan əməkdaşlar müsabiqədən keçmiş hesab olunurlar:             “Riyazi fizika tənlikləri” şöbəsi üzrə Şöbə müdiri – f-r.e.n. Əbdürrəhim Quliyev Baş elmi işçi  – f-r.e.d., prof. Fərman Məmmədov             “Maye və qaz mexanikası” şöbəsi üzrə Baş […]

ELAN

27.12.2019 saat 1100 –da  AMEA Riyaziyyat və Mexanika İnstitutunun akt zalında  Rusiya Elmlər Akdemiyasının müxbir üzvü, professor Andrey Şkalikovla görüş keçiriləcəkdir. Arzu edənlər iştirak edə bilərlər. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər