Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb

Çoxsaylı mətbu orqanlar sırasında özünəməxsus yeri olan və öz dəst-xətti ilə seçilən “Elm” qəzetinin növbəti nömrəsi yeni dizayn və təkmilləşmiş məzmunda oxucuların ixtiyarına verilib. Qəzetin ilk səhifəsində ölkə Prezidenti İlham Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi və Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamları, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə bağlı AMEA […]

AMEA-da ictimaiyyətlə əlaqələr şöbələrinin fəaliyyəti təkmilləşdirilir

Dekabrın 18-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2019-cu il üçün hesabat iclası keçirilib. İclas AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək son dövrlərdə akademiyada aparılan köklü islahatlardan, tətbiq olunan yeniliklərdən söz açıb. Bildirib […]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc edilib

Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri, AMEA -nın müxbir üzvü, professor Vaqif Quliyevin 1-ci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində məqaləsi çap olunub. Məqalə “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış “Analysis and Mathematical Physics” (https://link.springer.com/journal/13324) 1.792 yüksək impakt faktorlu Q1 kateqoriyalı  jurnalda dərc edilib. “Laplace-Bessel operatorları ilə bağlı Hardi fəzasının xarakterizasiyası” (https://link.springer.com/article/10.1007/s13324-019-00335-5) adlı məqalədə […]

Gənc alim İstanbulda davam edən beynəlxalq konfransda məruzə edib

17.12.2019 tarixindən başlayaraq Türkiyənin İstanbul şəhərində keçirilən “Mexanika mühəndisliyində nailiyyətlər” mövzusunda sayca 5-ci beynəlxalq konfrans öz işini davam etdirir. ABŞ, Kanada, Almaniya, Çin və digər inkişaf etmiş ölkələrin nüfuzlu alimlərinin qatıldığı ənənəvi elmi tədbirdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Sürüncəklik nəzəriyyəsi” şöbəsinin elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov da iştirak edib. Gənc alimin […]

ELAN

20.12.2019-cu il saat 11:00-da “Riyazi analiz” şöbəsinin “Harmonik analizin müasir problemləri və tətbiqləri” adlı seminarı keçiriləcəkdir. Seminarda şöbənin elmi işçisi, r.f.d. Aynur Nizami qızı Məmmədova “Çəkili Lebeq fəzasında kəsilməzlik modulu” mövzusunda məruzə keçiriləcəkdir. Məruzə çəkili Lebeq fəzasında baxılan kəsilməzlik modulunun bəzi xassələrinə həsr olunmuşdur. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

“Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunu 80 yaşı münasibətilə təbrik edirik!

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Diferensial tənliklər” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunu 80 yaşı tamam olur.  Əziz və hörmətli Məmməd müəllim! Sizi yarıməsrdən çox işlədiyiniz Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları və şəxsən öz adımdan anadan olmanızın 80 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, elm və təhsil […]

Faydalı linklər