Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Xəbərlər

E L A N

19.12.2019-cu il saat 10:30-da “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcəkdir. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Hamlet Quliyev “Bir qeyri-xətti dalğa tənliyi üçün qarışıq məsələdə əmsalın tapılması” mövzusunda məruzə edəcəkdir. Məruzədə əmsalın tapılması məsələsinin optimal idarəetmə məsələsinə gətirilməsi yeni məsələdə optimal idarəedicinin varlığının isbatı, variasional bərabərsizlik şəklində optimallıq üçün zəruri şərtin alınması şərh […]

ELAN

AMEA Riyaziyyat və Mexanika Institutunda 21 dekabr 2019-cu il saat 11:30-da AMEA-nın müxbir üzvü, professor Qoşqar Əhmədovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcəkdir. Qoşqar Teymur oğlu Əhmədov — görkəmli sovet və Azərbaycan riyaziyyatçısı, Böyük Vətən Müharibəsi iştirakçısı, fizika- riyaziyyat elmləri doktoru, professor, Azərbaycan SSR EA müxbir üzvü. Qoşqar Teymur oğlu Əhmədov 1917-ci il oktyabrın 25-də, indiki Azərbaycan Respublikası Gədəbəy rayonunun Söyüdlü kəndində ziyalı ailəsində anadan olmuşdur. […]

ELAN

AMEA Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarında 18 dekabr 2019-cu il tarixində saat 1000-da görkəmli alim və müəllim fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Məmməd Bayram oğlu 1939 –cu ildə  Gürcüstan SSR Marneuli rayonun Əzizkənd kəndində kolxozçu ailəsində anadan olmuşdur. Atası Bayramov Bayram Böyük Vətən müharibəsində […]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatı təqdim edilib

2019-cu il dekabrın 11-i və 13-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncaqları keçirilib. Yığıncaqlarda bölməyə daxil olan institutların cari ildəki elmi və elmi təşkilati fəaliyyəti barədə hesabatları dinlənilib. AMEA-nın Fizika İnstitutunun 2019-cu ildəki illik hesabatını təqdim edən müəssisənin elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov bildirib ki, aparılmış tədqiqatlardan 11-i institutun Elmi şurası tərəfindən mühüm nəticə […]

“Deşikli və çatları olan stringerli lövhənin gərginlik vəziyyətinin minimuma endirilməsi” mövzusunda seminar keçirildi

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin “Deformasiya olunan bərk cisim mexanikasının müasir problemləri” adlı seminarı keçirildi. Seminarda aparıcı elmi işçi Minəvər Vaqif qızı Mir-Səlim-zadə “Deşikli və çatları olan stringerli lövhənin gərginlik vəziyyətinin minimuma endirilməsi” mövzusunda məruzə etdi. Məruzədə sərhədsiz izotrop stringerli iki düzxətli çatla zəiflədilmiş lövhənin, deşiyin konturunda gərginlik vəziyyətinin minimuma endirilməsi məsələsinə baxıldı. Çatların ucları ətrafında gərginlik […]

Elmi ictimaiyyətin nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də AMEA Rəyasət Heyətinin üzvləri və aparatın struktur bölmələrinin rəhbərləri, o cümlədən institut və təşkilatların nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələrək, ulu öndərin məzarını ziyarət ediblər. Elmi ictimaiyyətin nümayəndələri dahi lider Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri […]

Faydalı linklər